Vergi Xidmətinin müsadirə etdiyi mallar marketlərdə satılacaq
Borcun ödənilməsi üçün ödəyicinin əmlakının satışını vergi orqanları həyata keçiriəcək.Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Vergi Məcəlləsində dəyişikliklərlə bağlı qanunu təsdiq edilib. Əlavə və dəyişikliklər sahibkarlıq fəaliyyətinin təşviqi, vergitutma bazasının genişləndirilməsi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin maliyyə-vergi yükünün azaldılması, uçot, vergitutma və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, vergi təşviqləri və s. istiqamətləri əhatə edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişiklikləri və onların əsaslandırmasını ictimaiyyətin diqqətinə təqdim edir.
Xidmətin hazırladığı məlumatda bildirilir ki, qanunvericiliyə edilmiş dəyişikliklərdən biri də vergi borcu ilə bağlı vergi ödəyicisinin siyahıya alınmış əmlakının satışının daha səmərəli təşkili ilə bağlıdır. Dəyişikliyə əsasən, vergi ödəyicisinin siyahıya alınmış dövlət əmlakının, digər daşınmaz əmlakının və dəyəri 5.000 manatdan çox olan daşınar əmlakının müvafiq qurum vasitəsilə, dəyəri 5.000 manatdan çox olmayan daşınar əmlakının isə ticarət şəbəkələrində satılması barədə məhkəmədə iddia qaldırılması və məhkəmə qərarları üzrə həmin əmlakların satışının qanunvericiliyə uyğun olaraq təşkili vergi orqanlarının hüquqlarına aid edilib.
Mövcud təcrübədə borclu vergi ödəyicilərinin siyahıya alınmış əmlakının satışı icra məmurları tərəfindən təşkil edilir. Dövlətin fiskal siyasətini həyata keçirən qurum kimi borcların ödənilməsi vergi orqanları üçün prioritet məsələdir. Qeyd edilməlidir ki, ödənilməyən borclar dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılmasında nəzərə alınır. Bu baxımdan vergi borcu ilə bağlı siyahıya alınmış əmlakın satışının daha səmərəli təşkilinə zərurət yaranıb. Həmin səbəbdən daşınar və daşınmaz əmlakların satılması barədə məhkəmə qərarları üzrə həmin əmlakların satışının təşkili vergi orqanlarının səlahiyyətlərinə aid edilir. Eyni zamanda, dəyəri 5.000 manatdan çox olmayan əmlaklar əksər hallarda ərzaq (qida) və tez köhnələn məhsullardır. Bu zaman satışın daha çevik təşkili məqsədilə vergi orqanları tərəfindən ticarət şəbəkələri ilə müvafiq müqavilə bağlanılaraq həmin məhsulların operativ şəkildə satılması və borcun ödənilməsi təmin ediləcək.
Qeyd olunan dəyişikliklər vergi borclarının yığılmasının effektivliyinin artırılmasına və nəzarət mexanizmlərinin gücləndirilməsinə xidmət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
9 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
9 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Ən çox oxunanlar
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb

























