"Omicron-un sürətlə yayılması pandemiyanı endemik hala gətirə bilər"
Avropa Birliyinin dərman tənzimləyicisi olan Avropa Dərman Agentliyi koronavirusun "Omicron" variantının sürətlə yayılmasını müsbət qiymətləndirməsə də, bunun pandemiyadan endemik prosesə gətirib çıxara biləcəyini bildirib. Omikron variantının yayılması ilə peyvəndlərə əlavə olaraq təbii immunitet də artacaq.Avropa Birliyinin (AB) dərman tənzimləyicisi Avropa Dərman Agentliyinin (EMA) peyvənd strategiyasından məsul olan əməkdaşı Marko Kavaleri Covid-19 pandemiyası və peyvəndlərə dair son vəziyyətlə bağlı mətbuat konfransı keçirib.
Marja xəbər verir ki, "Tunelin sonundakı işığa nə vaxt çatacağıq?" sualına cavab verən Kavaleri, “Biz bunu bilmirik, amma vacib olan və gördüyümüz virusun daha çox endemik hala gələ bilməsidir. Bununla belə, hazırda endemik vəziyyətə gəldiyimizi deyə bilmərik. Koronavirus hələ də pandemiya virusu kimi fəaliyyət göstərir. "Omikron"un fövqəladə halları bizə bunu göstərir” ifadəsini işlədib.
“Unutmamalıyıq ki, hələ də pandemiyanın içindəyik” deyən Kavaleri, insanlar arasında immunitetin artması və Omikron variantının yayılması ilə peyvəndlərə əlavə olaraq təbii immunitetin də artacağını, beləliklə, pandemiyadan endemik vəziyyətə daha yaxın bir ssenariyə sürətli bir irəliləyişin görülə biləcəyini söyləyib.
Kavaleri deyib ki, "Omicron" variantı daha yoluxucu olduğundan, bir çox insan simptomlar göstərməsə belə, virusa məruz qalacaq.
“Bu o deməkdir ki, hamımızın immunitet sistemimizi təbii şəkildə gücləndirə bilərik. İmmunitetin əlavə təbəqəsinin yaranması çox vacibdir, çünki bu, sonradan epidemiyanı endemik hala gətirə bilər. Omikron-un yayılması yaxşı xəbər deyil, lakin bu dalğa Avropa və dünyanın digər hissələrində geniş yayıldıqdan sonra bir çox insanın virusa yoluxacağını, bunun sayəsində bizi pandemiyadan endemik vəziyyətə aparacaq güclü immunitetə sahib olacağımızı düşünə bilərik”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 35 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib

























