Azərbaycan və Türkiyə kapital bazarlarının inkişafı istiqamətində yeni addım atılıb
Yerli institusional investorlar üçün Türkiyənin dövlət qiymətli kağızları ilə ticarət əməliyyatlarını həyata keçirmək imkanı yaradılıb.31 dekabr 2021-ci il tarixində Milli Depozit Mərkəzi tərəfindən Türkiyənin mərkəzi depozitarı olan “Merkezi Kayıt Kuruluşu”nda (MKK) nominal hesab açılmışdır.
Milli Depozit Mərkəzinin yaydığı məlumatda bildirilir ki, bununla, MDM etibarlı tərəf kimi çıxış edərək yerli institusional investorlar üçün Türkiyənin dövlət qiymətli kağızları ilə ticarət əməliyyatlarını həyata keçirmək imkanı yaradıb.
Türkiyənin Ziraat Bankı MDM-in MKK-dakı hesabı üzrə əməliyyatların aparılması məqsədilə hesab operatoru olaraq təyin edilib. Beləliklə, MDM ilk dəfə olaraq xarici depozitar təşkilatında hesab açaraq investorların xarici bazarlarda iştirakını təmin edilib.
"Ötən müddət ərzində MDM və MKK arasında uğurla davam edən əməkdaşlıq çərçivəsində iki qardaş ölkənin kapital bazarlarında ticarət olunan qiymətli kağızların hər iki ölkənin investorları üçün əlçatanlığının təmin edilməsi istiqamətində davamlı danışıqlar aparılıb. Qarşılıqlı nominal saxlayıcı hesabların açılması məsələsi 2021-ci ilin fevral ayında keçirilmiş Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında da nəzərdə tutulmuşdur", -məlumatda bildirilir.
Qeyd edilib ki, MDM-də MKK üçün nominal hesabın açılması, o cümlədən türkiyəli investorların Azərbaycan qiymətli kağızlar bazarında ticarət imkanlarının genişləndirilməsi üzrə danışıqların cari ildə də davam etdirilməsi nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 3 d. əvvəl
-
- 6 d. əvvəl
- 26 d. əvvəl
- 32 d. əvvəl
-
51 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















