Rusiyada illik inflyasiya dekabrda 8,39%-ə düşüb
Rusiyada illik inflyasiya noyabrda 8,4%-ə qarşı dekabrda 8,39%-ə enib.
Marja Rusiya Federal Dövlət Statistika Xidmətinə (Rosstat) istinadən xəbər verir ki, aylıq ifadədə istehlak qiymətləri 0,82% artıb.
Dekabrda ərzaq məhsulları noyabr ayı ilə müqayisədə 1,36%, illik ifadədə isə 10,62%, qeyri-ərzaq məhsulları müvafiq olaraq 0,64% və 8,58% bahalaşıb. Dekabrda xidmətlərin dəyəri aylıq ifadədə 0,26%, illik ifadədə isə 4,98% artıb.
21-27 dekabr 2021-ci il tarixlərində Rusiyada inflyasiya 0,26% təşkil edib. Bir həftə əvvəl Rusiya Federasiyasında inflyasiya 0,32% səviyyəsində idi.
Rusiya Federal Dövlət Statistika Xidmətinin məlumatına görə, dekabr ayı üzrə illik inflyasiyanın səviyyəsi ilə bağlı yekun məlumatlar 556 mal və xidmətdən ibarət tam siyahı üzrə 2022-ci il yanvarın 12-də dərc olunacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
8 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
14 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























