Bravo istiqrazlarına 10 investor 14 sifariş təqdim etdi, tələb təklifi üstələdi
28 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasında Bravo Supermarketlər şəbəkəsinin də daxil olduğu "Azərbaycan Supermarket" MMC-nin tədavül müddəti 3 təqvim ili olan AZ2002023524 dövlət qeydiyyat nömrəli, 10 milyon manat həcmində, faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
Birjanın yaydığı məlumata görə, hərrac zamanı 10 investor tərəfindən qiymət intervalı 1002.549 AZN (11.1185%) və 1055.0898 AZN (8.9812%) olan 14 sifariş təqdim edilib.
Emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1054.5834 AZN (9.0012%), orta ölçülmüş qiyməti 1054.6035 AZN (9.0004%) müəyyən edilib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 14 milyon 496 min manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil eedib.
İstiqrazın illik faiz dərəcəsi 10.5%-dir, faiz ödənişləri 3 təqvim ayından bir olmaqla investorlara ödəniləcək.
İstiqrazların ödəmə tarixi 28 oktyabr 2024-cü ildir.
Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 4 d. əvvəl
-
- 7 d. əvvəl
- 27 d. əvvəl
- 33 d. əvvəl
-
52 d. əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Tramp: İran razılığa gəlmək istəyir
Expressbank-ın Nəsimi filialı YENİ ÜNVANDA
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır




















