Unibanka əlavə maya qoyuldu - MƏBLƏĞ
Unibank nizamnamə kapitalını 5 milyon manat artıraraq 130 milyon 686 min manata çatdırıb.Bakı Fond Birjasında Unibank KB ASC-nin hər birinin nominal dəyəri 2,72 manat olan, ümumi dəyəri 5 000 001.92 manat məbləğində, 1 838 236 ədəd əlavə buraxılmış sənədsiz səhmlərinin yerləşdirilməsi uğurla başa çatıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bunun nəticəsində “Unibank”ın nizamnamə kapitalı artaraq 130 686 357,60 manata çatıb. Emissiyanın yekunları haqda hesabat artıq Mərkəzi Bank tərəfindən təsdiq olunub. Nizamnamə kapitalının artımı ilə səhmdarların pay bölgüsündə də dəyişikliklər olub.
"Kapitallaşmanın artırılması bankın uğurlu inkişafını dəstəkləmək, sahibkarlıq subyektlərinin maliyyələşmə imkanlarını artırmaq, müştərilərə yeni məhsul və xidmətlərin təqdim edilməsinə xidmət edir. Əlavə kapital qoyuluşu ilə bağlı səhmdarların qərarı ölkəmizdə iqtisadi inkişafın sürətlənməsinə və “Unibank”ın bu inkişafa daha çox töhfə verəcəyinə inamın göstəricisidir" ,- Bankın məlumatında deyilir.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 30 ilə yaxın mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























