Sığortalanan bitki və heyvan növləri artırıldı
Azərbaycanda dövlət dəstəyi ilə həyata keçirilən aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndirilib.
Azərbaycan Respublikası Nazirlər Kabineti «Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi»ndə, «Aqrar sığorta predmetinin Tərkibi»ndə və 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»nda dəyişiklik edilməsi barədə qərarları qəbul edib.
Bu qərarlara əsasən Azərbaycanda aqrar sığorta vasitəsilə sığortalanan bitki və heyvan növlərinin sayı artırılıb.
«Aqrar sığorta predmetinin Tərkibi»ndə dəyişiklik edilməsi barədə qərara əsasən, dövlət dəstəyi ilə sığortalanan bitki növlərinin sayı indiki 14-dən 41-ə qaldırılıb.
İndi bu siyahıya günəbaxan, soya, yonca, noxud, yaşıl noxud, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı, zeytun, badam, qoz, soğan, kələm, qarpız, yemiş (qovun), pomidor, sarımsaq, darı bitkiləri də daxil edilib.
Paralel olaraq, aqrar sığorta vasitəsilə sığortalanan heyvanların siyahısı da genişlənib. Belə ki indiyədək yalnız südlük inək və camışlar sığortalandığı halda, bundan sonra xırdabuynuzlu (qoyun və keçilər) və ətlik istiqamətli iribuynuzlu heyvanların (danalar) da sığortalanması nəzərdə tutulur.
Nazirlər Kabinetinin qərarları ilə aqrar sığorta üzrə təminat verdiyi risklərin siyahısı da genişləndirilib.
«Aqrar sığorta üzrə təminat verilən risklərin tərkibi»ndə dəyişiklik edilməsi barədə qərara əsasən bitkilərə münasibətdə sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur.
Bu dəyişikliklər nəticəsində aqrar sığortanın əhatə dairəsi genişlənərək ölkə üzrə əkin sahələrinin 99%-ni əhatə edəcək. Aqrar sığortanın təminat verdiyi risklərin siyahısının artırılması ilə bağlı qərar nəticəsində isə fermerlərin təsərrüfatları indiyədək zərər görülən əksər risklərdən etibarlı qorunacaq.
Xatırladaq ki, dövlət dəstəkli aqrar sığorta mexanizmi çərçivəsində sığorta haqqının 50%-i fermerlərə dəstək məqsədilə dövlət tərəfindən ödənilir.
Yeni qərarlar, aqrar sığortanın əhatə dairəsini genişləndirməklə yanaşı, ölkədə daha çox fermer və təsərrüfatın sığorta mexanizminə çıxışını təmin edəcək, gəlirlərini və təsərrüfatını qoruyacaq.
Aqrar sığortanın çoxsaylı meyvə və tərəvəz növlərini, xüsusilə də ölkədən ixrac olunan məhsulları əhatə etməsi Azərbaycandan xaricə məhsul ixrac edən təsərrüfatlara böyük dəstək olacaq, onların biznes fəaliyyətində dayanıqlığı artıracaq.
Bununla da aqrar sığorta mexanizmi ərzaq təhlükəsizliyi ilə yanaşı, ölkədən ixraca da dəstək verəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər




.jpg)
.jpg)









.jpg)






