“1001 Home” mağazasının açılışı olub
Naxçıvanda daha bir xidmət sahəsinin “Cahan” Alış-Veriş Mərkəzinin bazasında fəaliyyətə başlayan “1001 Home” mağazasının açılışı olub.
Ərazisi 3000 kvadratmetrdən 3.900 kvadratmetrə çatdırılan mağazada muxtar respublika əhalisinin tələbatına uyğun olan ən keyfiyyətli və sərfəli qiymətlərlə təklif edilən santexnika, çilçıraq və işıqlandırma, asma tavanlar, divar üzlükləri, elektrik ləvazimatları, istilik sistemləri, müxtəlif qapı və mebel məmulatları, məişət əşyaları bölmələrinin yaradılıb.
Mağazanın 2000 kvadratmetri satış bölməsinin, 1900 kvadratmetri anbar və ofis bölmələrinin payına düşür. Burada yerli məhsullarla yanaşı, bir sıra xarici ölkələrin istehsalı olan 10.000 çeşiddən çox məhsulun satışı həyata keçirilir. Burada yerli məhsullarla yanaşı, Almaniya, Hollandiya, Türkiyə, Çin və digər ölkələrin istehsalı olan məhsullar da satılır. “1001 Home” satış mağazasının əsas məqsədi qarşıdakı 5 il ərzində öz əhatə dairəsini genişləndirərək mağazalarının sayını 60-a çatdırmaqdır.
Mağaza alıcıların rahatlığını təmin etmək üçün nağd, post-terminal, elektron ticarət, kredit kartları və daxili kredit üsulları vasitəsilə satış həyata keçirməklə yanaşı, müştərilərə evə çatdırılma və montaj xidmətlərini də təklif edir.
Mağazada yenidənqurma aparıldıqdan sonra 15 yеni iş yеri açılmaqla, ümumilikdə, işçilərin sayı 50-yə çatdırılıb. İşçilər yеmək, servis və хüsusi gеyim fоrmаsı ilə təmin оlunublаr. Mağazada istilik və soyutma, təhlükəsizlik kameraları, yanğından mühafizə sistemləri quraşdırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
3 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
3 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
3 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
5 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 5 saat əvvəl
-
5 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























