Azercell-in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”
“Azercell Telekom” MMC-yə STEVIE Beynəlxalq Biznes Mükafatlarının qızıl mükafatı təqdim olunub(®) Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib. Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, Azercell Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiqi üzrə hazırlıq səviyyəsinə görə “İlin ən innovativ şirkəti” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Mükafatın virtual təqdimat mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin Prezidenti Zərinə Zeynalova etimad üçün münsiflər heyətinə təşəkkürünü bildirib. Xanım Z.Zeynalova Azərbaycanda Əşyaların İnterneti əsasında az enerji tələbatlı sensorlar konsepsiyasını tətbiq edən ilk şirkətin Azercell olduğunu vurğulayıb: “Əşyaların İnterneti texnologiyasının təklif etdiyi geniş imkanlardan yararlanaraq daha rahat, rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaq və beləliklə innovativ həlləri abunəçilərimiz üçün əlçatan etmək - prioritet məqsədlərimiz sırasındadır. Azercell Telekom ölkə prezidentinin çağırışına əsasən işğaldan azad olunmuş ərazilərdə “Ağıllı Şəhər” və “Ağıllı Kənd” konsepsiyalarının gerçəkləşməsi üçün dövlət proqramına dəstək verməyə hazırdır.
Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, Azercell bu ərazilərdə mobil kommunikasiya infrastrukturunun qurulmasına başlayan ilk şirkətdir”
Dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan STEVIE Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. Builki seçim zamanı ekspertlər Azercell-in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi istiqamətindəki səylərini qiymətləndiriblər.
Hazırda 5 milyondan çox abunəçinin seçimi olan məhz “Azercell Telekom” MMC ölkədə ilk olaraq “Ağıllı şəhər" və "Ağıllı kənd" layihələrində istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu sınaqdan keçirərək hazır vəziyyətə gətirib.
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə "Big Data" texnologiyasını tətbiq edən “Azercell Telekom” MMC kommunikasiya dünyasının ən son yeniliklərinin ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır.
Qeyd edək ki, "Azercell Telekom” indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb. Müsabiqənin məqsədi dünyanın müxtəlif ölkələrində fərqli uğur qazanmış şirkətlərin tanıdılmasıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
1 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
2 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
2 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 3 saat əvvəl
-
3 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir




















