Sosial müavinətlər artırıldı - YENİ MƏBLƏĞLƏR
Prezident İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” 29 avqust 2013-cü il tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, gələn ildən Azərbaycanda yaşa görə müavinət 130 manatdan 180 manata, I dərəcə əlilliyə görə müavinət 150 manatdan 220 manata, II dərəcə əlilliyə görə müavinət 130 manatdan 180 manata, III dərəcə əlilliyiə görə müavinət 110 manatdan 120 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 150 manatdan 200 manata, ailə başçısını itirməyə görə müavinət 80 manatdan 100 manata, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 100 manatdan 120 manata, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 100 manatdan 120 manata, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət 55 manatdan 70 manata, övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə müavnət 160 manatdan 200 manata, övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət 480 manatdan 600 manata, uşağın anadan olmasına görə müavinət 200 manatdan 300 manata, dəfn üçün müavinət isə 300 manatdan 350 manata qaldırılıb.
Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.
XXX
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalyıb.
Marja.az xəbər verir ki, sosial müavinətlərin məbləği aşağıdakı kimi müəyyən edilib:
Aylıq müavinətlər:
-Yaşa görə müavinət — 180 manat
Əlillik “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinət:
-I dərəcə əlilliyi olan şəxslərə — 220 manat
-II dərəcə əlilliyi olan şəxslərə — 180 manat
-III dərəcə əlilliyi olan şəxslərə — 120 manat;
Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə:
-I dərəcə əlilliyi olan şəxslərə — 220 manat
-II dərəcə əlilliyi olan şəxslərə — 180 manat
-III dərəcə əlilliyi olan şəxslərə — 120 manat;
Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə:
-I dərəcə əlilliyi olan şəxslərə — 220 manat
-II dərəcə əlilliyi olan şəxslərə — 180 manat
-III dərəcə əlilliyi olan şəxslərə — 120 manat;
-sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət — 200 manat;
-ailə başçısını itirməyə görə müavinət — 100 manat;
- müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət — 120 manat;
- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət — 120 manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət — 70 manat;
Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət:
-övladlığa götürülən uşağa (bu yarımbəndin ikinci abzasında qeyd olunan uşaqlar istisna olmaqla) görə – 200 manat;
- övladlığa götürülən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə – 4600 manat.
-uşağın anadan olmasına görə müavinət — 300 manat;
-dəfn üçün müavinət — 350 manat.
XXX
“Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 8, maddə 916; 2014, № 3, maddə 251; 2016, № 1, maddə 69; 2018, № 7 (I kitab), maddə 1454; 2019, № 4, maddə 640; 2020, № 11, maddə 1361) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bənd üzrə:
1.1.1. 1.1.1-ci yarımbənddə “130” rəqəmləri “180” rəqəmləri ilə əvəz edilsin;
1.1.2. 1.1.2-ci yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.3. 1.1.3-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.4. 1.1.4-cü yarımbəndin ikinci abzasında “150” rəqəmləri “220” rəqəmləri ilə, üçüncü abzasında “130” rəqəmləri “180” rəqəmləri ilə, dördüncü abzasında “110” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.5. 1.1.5-ci yarımbənddə “150” rəqəmləri “200” rəqəmləri ilə əvəz edilsin;
1.1.6. 1.1.6-cı yarımbənddə “80” rəqəmləri “100” rəqəmləri ilə əvəz edilsin;
1.1.7. 1.1.8-ci yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.8. 1.1.9-cu yarımbənddə “100” rəqəmləri “120” rəqəmləri ilə əvəz edilsin;
1.1.9. 1.1.10-cu yarımbənddə “55” rəqəmləri “70” rəqəmləri ilə əvəz edilsin;
1.1.10. 1.1.12-ci yarımbəndin 1-ci abzasında “160” rəqəmləri “200” rəqəmləri ilə, 2-ci abzasında “480” rəqəmləri “600” rəqəmləri ilə əvəz edilsin;
1.2. 1.2-ci bənd üzrə:
1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 dekabr 2021-ci il
XXX
I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 50 manatdan 80 manata qaldırılıb.
Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" fərmana edilən dəyişiklikdə əksini tapıb.
Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
1.2.1. 1.2.2-ci yarımbənddə “200” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;
1.2.2. 1.2.3-cü yarımbənddə “300” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 45 d. əvvəl
-
-
54 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
1 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)









.jpg)







