“Bankkart”ın onlayn sifarişi imkanı yaradıldı
(®) Ziraat Bank Azərbaycan türk lirəsi valyutasında “Bankkart”ın onlayn sifarişini aktiv edib. Beləki, bank tərəfindən təqdim edilən məlumata əsasən müştərilər kart sifarişlərini artıq banka gəlmədən, onlayn qaydada icra edə bilərlər.
Bunun üçün sadəcə bankın saytına daxil olaraq “Onlayn Sifarişlər” bölümündə onlayn kart sifarişini seçib, müvafiq anketi doldurmaq və onlayn ödənişi icra etmək kifayətdir.
Qeyd edək ki, türk lirəsi valyutasında Bankkart hazırda VISA Classic növündə 1, 2 və 3 illik olmaqla müştərilərə təqdim edilir. Onlayn kart sifarişi adi qaydada 3 iş günü, təcili sifarişlə isə 1 iş günü ərzində hazır olaraq istifadəyə təqdim edilir. Bankdan verilən məlumata əsasən, türk lirəsi valyutasında “Bankkart”ın bir çox üstünlükləri mövcuddur. Beləki, türk lirəsi valyutasında alış-verişlərdə ikiqat konvertasiya faizi tutulmur, konvertasiya komissiyası mövcud deyil, Ziraat Bank Türkiyə ATM-lərindən nağdlaşdırma komissiyası isə 0.5% (min. 10 TL) təşkil edir. Qeyd edək ki, digər valyutada olan yerli bank kartları üzrə xaricdə nağdlaşdırma komissiyası minimum 1.5% təşkil edir.
Bankdan təqdim edilən məlumata əsasən digər kartlar üzrə də onlayn sifariş imkanı mövcuddur. Qeyd edək ki, Ziraat Bank Azərbaycanda kartlar 4 valyuta növündə təqdim edilir. Bunlar manat, türk lirəsi, dollar və avro valyuta növləridir. Onlayn kart sifarişi növbəti linkə keçid alaraq icra edilə bilər. Link: https://bit.ly/3lYqO4o.
“Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”-nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən Bankın Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı mövcuddur, yaxın günlərdə 7-ci filialının açılışı gözlənilir.
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, Twitter, Linkedin sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
11 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
13 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





