"AZAL qiymətləri endirməyəcək. Gözləyirəm, İrəvandan İstanbula 80 manata uçum" - DEPUTAT
“Turizm hər şeydən öncə mədəniyyət hadisəsi, mədəniyyət mübadiləsidir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, turizmdə mədəni irsimizi təqdim etməyi bacarmalıyıq: “Bu gün turizmin inkişafı üçün işğaldan azad edilmiş ərazilərin timsalında böyük potensial var. Əsas məsələ burada olan abidələrin necə təqdim ediləcəyidir. Yaxşı olardı ki, Turizm Agentliyi bu sahədə işlərə başlasın”.
Deputat Aqil Abbas bildirib ki, Naxçıvanda artıq kənd turizmi sahəsində işlərə başlanıb, nailiyyətlər də var: “Bu gün burda hamı təkliflərini dedi. AZAL qiymətləri endirəcəkmi? Yox, endirməyəcək. Artıq İrəvandan İstanbula reys açılır, bizim pulla 80 manat. Mən də gözləyirəm, Zəngəzur dəhlizi açılsın, maşınla gedim İrəvana, oradan İstanbula uçum.

Bu məsələyə ciddi şəkildə baxılmalıdır. Deputatların bu gün burda dediyi qalır havada. Sözümüzün havada qalmaması üçün bəlkə bu məsələyə qayıtmayaq, AZAL qiymətləri qaldıra-qaldıra getsin? AZAL-ın bu qədər pulu var, Allahın bir futbol komandasını da saxlaya bilmədi. Dünən Prezident İlham Əliyev “Qarabağ” futbol klubunu qəbul etdi, dedi ki, niyə Azərbaycanın bir futbol klubu olmalıdır? İş adamları pul ayırmır. Digər tərəfdən, qiymətlər çox bahadır. Hotellərdə bir gecə, iki gün qalmaq üçün mənim 1 aylıq maaşım qədər pul verməlisən. Qiymət məsələsi birdəfəlik həll olunmalıdır. Xahiş edirəm, Sahibə xanım, özünüz Milli Məcisin sədri kimi bu işə qarışın”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 12 d. əvvəl
-
-
1 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
21 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz























