"Caspian Energy" jurnalının 100-cü nömrəsi işıq üzü görüb
Caspian Energy jurnalının 100-cü yubiley nömrəsi işıq üzü görüb. Jurnal Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən neft-qaz sahəsinin nümayəndələri üçün mühüm hadisə olan “Caspian Oil & Gas 2017” beynəlxalq sərgi və konfransının açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə təqdim olunub. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
Jurnalın bu nömrəsində əsas diqqət Xəzərdəki şirkətlərin investisiya fəallığı reytinqinə yönəldilib. Yekun nəticəyə görə, SOCAR Xəzərin həm Azərbaycan sektorunda, həm də Xəzər hövzəsinin bütün sahələrində yataqların işlənməsi ilə məşğul olan şirkətlərin reytinqində ilk yeri tutub. Qazaxıstanın milli “QazMunayQaz” şirkəti Xəzərdə perspektivli sahələrin kəşfi və işlənməsi layihələrinin investisiya reytinqində lider olub. “Lukoyl” şirkəti isə Xəzərin Rusiya sektorunda reytinqin lideri seçilib.
Caspian Energy jurnalının 100-cü nömrəsinin nəşri və Caspian European Club-un 15 illik yubileyi ilə əlaqədar jurnalın bu nömrəsində Xorvatiya Respublikasının Prezidenti Kolinda Qrabar-Kitaroviç və Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin müraciəti və təbriki dərc edilib.
Bundan əlavə, Caspian Energy jurnalında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevin, Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Komitəsinin sədri Vladimir Bekkerin, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun eksklüziv müsahibələri, həmçinin “Caspian Oil & Gas” sərgi və konfransının materialları, SOCAR-ın biznes portfelinin diversifikasiyası haqda məqalə, SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun direktoru Elman İsmayılovun müsahibəsi və KQİ (Kompleks Qazma İşləri) Trestinin, SOCAR-ın Nəqliyyat İdarəsinin və Bilgah Beach Hotel-in fəaliyyəti barədə materiallar yer alıb.
Caspian Energy dünyanın 50 ölkəsində yayılır. 18 ildir ki, jurnalda MDB və Aİ dövlətlərinin prezident və baş nazirlərinin, o cümlədən nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları çap olunur.
Müxtəlif qiymətləndirmələrə görə, Caspian Energy jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
3 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 6 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq



























