"Omicron" ştammı “Delta”dan daha çox yoluxucudur”
“Əvvəllər də demişdik ki, koronavirus mutasiyaya meylli viruslardır. Pandemiya dövründə artıq çoxsaylı mutasiyaların şahidi oluruq”.
Bunu Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.
O bildirib ki, son mutant ştamm - "Omicron" yunan əlifbasının 15-ci hərfi ilə adlandırılıb:
“Bu ştammın əsas xüsusiyyəti əvvəlki mutant ştamlarla müqayisədə yenə yoluxduruculuq qabiliyyətinin artmasıdır. Hətta “Delta” ştammından daha çox yoluxduruculuğa malikdir. “Delta” ştammı haqqında danışanda deyirdik ki, ikiqat mutasiyaya uğrayıb, həm yoluxduruculuq qabiliyyəti, həm də orqanizmdə COVID-19 virusuna qarşı əmələ gəlmiş anticismlərə bir qədər rezidentlik qazanıb. Həmin xüsusiyyətləri "Omicron" ştammında da görmək olar. Mütəxəssislər bu ştammın xarici zülalında 32 mutasiya aşkar ediblər, yəni 32 mutasiya bu virusa xüsusiyyətlər verib”.
A. Qurbanov qeyd edib ki, yoluxduruculuq qabiliyyətinin yüksək olmasına görə bütün ölkələrdə həyəcan təbili çalınır: “Bu ştamm Cənubi Afrikadan yayılmağa başlayıb. Bir çox ölkə, o cümlədən Avropa ölkələri, ABŞ Cənubi Afrika ölkələrindən gələnlərin girişinə məhdudiyyət qoyub. Buna baxmayaraq, dünən Almaniyada "Omicron" ştammı aşkarlanıb”.
Direktor müavininin sözlərinə görə, yeni ştammın yayılma qabiliyyəti daha çoxdur və tezliklə bütün ölkələrə yayıla bilər: “Əsas narahatedici, təşviş yaradacaq məqam bu virusun daha yoluxucu olmasıdır. Vaksinlərin “Omicron” ştammından nə qədər qoruduğu məsələsinə gəldikdə isə, mütəxəssislər qeyd edirlər ki, mövcud vaksinlər xəstəlik və ölümü azaltmaq üçün əhəmiyyətli olaraq qalır. Bu, yeni mutant olduğu üçün bir çox məsələlər hələ öyrənilir”.
Telegramda Marja.az səhifəsinə abunə olun
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 d. əvvəl
Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
-
5 d. əvvəl
Qurban bayramı və Müstəqillik günü ilə əlaqədar 5 gün ardıcıl qeyri-iş günü olacaq
-
21 d. əvvəl
"Neftin qiyməti 140–150 dollar səviyyələrinə qədər yüksələ bilər"
- 27 d. əvvəl
- 52 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
“AzInTelecom” tərəfindən 68 minə yaxın IMEI kod bloklanıb
Azərbaycan neftinin son qiyməti
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Ən çox oxunanlar
3 gün ardıcıl qeyri-iş günü olacaq
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB







.jpg)






.jpg)












