Şikayətinə baxılıb, 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək
Bakı Apellyasiya Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və digərlərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətinə baxılıb.
C.Hacıyevin vəkili Fəxrəddin Mehtiyevin verdiyi məlumata görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə çıxış edən təqsirləndirilən İ.Hüseynovun vəkili Azər Tağıyev müvəkkilinin barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Daha sonra çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin təmin olunmanasını istəyib.
Məhkəmə müşavirəyə yollanıb və iyunun 1-də qərar elan ediləcək.
Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış zamanı C.Hacıyevin vəkilləri F.Mehtiyev və Aqil Layıcov hüquqlarını müdafiə etdikləri şəxs barəsində cinayət işinə xitam verilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması və məhkəmənin tam istintaqla aparılması barədə vəsatət versələr də, hakim Ə.Qasımov vəsatətləri təmin etməmişdi. Qərardan C.Hacıyevin vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti vermişdilər. Ali Məhkəmə şikayəti təmin etməmiş və iş yenidən davam etdirilmək üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdi.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sədri C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunublar.
C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə görə, C.Hacıyevdən 63 milyon manat tutularaq Beynəlxalq Banka ödəniləcək.
Hökmə əsasən, digər təqsirləndirilən şəxslər - 3 il sınaq müddətinə olmaqla A.Sultanov 7 il 6 ay şərti, İ.Abdullayev 6 il 6 ay şərti, K.Orucov 7 il 23 gün şərti, M.Cahangirov 7 il 6 ay şərti azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Y.Ələkbərov 8 il 6 ay, İ.Hüseynov 8 il, A.Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 10 d. sonra
-
40 d. əvvəl
Kreml: Rusiya Ukrayna ilə bağlı danışıqlarda mövqeyini sərtləşdirəcək
- 41 d. əvvəl
-
-
48 d. əvvəl
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
-
54 d. əvvəl
Birləşmiş Krallıq və Lüksemburq "Azərkosmos"un xidmətlərindən istifadə edir
-
1 saat əvvəl
Bakı Ağ Şəhərin Babək kvartalında 20 mərtəbəli binalar tikiləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elektron siqaretlərin idxalı, istehsalı və satışı qadağan edilir - aprelin 1-dən qüvvəyə minəcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
“İstisu” ixracı 11 ayda təxminən 1,7 milyon dollar gəlir gətirib
“İxrac icmalı”nın dekabr sayı - TAM VERSİYA
Cəbrayıl və Zəngilanda sakinlər üçün bir ilk - VİDEO
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ən çox oxunanlar
İxracı 1 ayda Azərbaycana 41 milyon dollar gəlir gətirən meyvə
İxracdan ən çox qazanan Azərbaycan şirkətləri - SİYAHI
Pomidor qızıl ilə yarışır - Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Bayram günlərinə gözlənilən hava proqnozu açıqlanıb






















