ABŞ strateji ehtiyatdan ən böyük neft satışını elan edib
Bir neçə on milyon barelin satışı okeanda damcıdır.Birləşmiş Ştatlar benzinin bahalaşmasının qarşısını almaq və Prezident seçildikdən sonra minimum səviyyəyə enmiş Co Baydenin reytinqini “sağlamlaşdırmaq” üçün strateji ehtiyatdan indiyə qədərki ən böyük neft satışını həyata keçirəcək.
Marja-nın məlumatına görə Ağ Evin mətbuat ofisi çərşənbə axşamı elan edib ki, bir neçə ay ərzində dövlətə məxsus anbarlardan bazara 50 milyon barel neft çıxarılacaq.
"Yüksək yanacaq qiymətləri amerikalı istehlakçılara və amerika bizneslərinə mənfi təsir edir, çünki qlobal iqtisadiyyat pandemiyadan çıxdığından neft təklifi tələbatla ayaqlaşmayıb",- Ağ Ev.dən bildirilib.
Strateji ehtiyatlardan neft satışı yaxın vaxtlarda oxşar tədbirləri elan edəcək Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya ilə koordinasiyalı şəkildə həyata keçiriləcək.
"Eyni zamanda, zərurət yaranarsa, ABŞ əlavə həcmdə neft satmağa hazırdır", - Ağ Ev qeyd edib və əlavə edib ki, satılan barellər gələcəkdə hökumətin alışları vasitəsilə anbara qayıdacaq.
Noyabrın ortalarına olan məlumata görə, ABŞ-ın strateji anbarlarında 606 milyon barel xam neft var ki, bu da 2003-cü ildən bəri ən aşağı səviyyədir.
ABŞ-ın 1970-ci illərin ortalarından bəri topladığı neft ehtiyatlarının satışına 2016-cı ildə Barak Obama tərəfindən başlanıb. Donald Tramp administrasiyası bu prosesi sürətləndirib və nəticədə bazar dörd il ərzində dövlət anbarlarından təxminən 90 milyon barel satıb.
Baydenin elan etdiyi satış - yarım əsrlik strateji ehtiyatdan görünməmiş və 1991-ci ildə Küveyt Müharibəsi zamanı satılan 30 milyon barellik əvvəlki rekordu ötsə də, bazar buna kəskin reaksiya vermək istəmir. Bakı vaxtı ilə saat 17:50-də Londonda Brent markalı neftin fyuçersləri bazar ertəsi gününün bağlanışında ticarət olunur- bir barel üçün 79,92 dollar, Nyu-Yorkda WTI müqavilələri isə cəmi 0,5% ucuzlaşaraq 76,38 dollar/barelə enib.
"Saxo Bank"ın əmtəə üzrə strateqi Ole Hansen deyib: “Anbardan azad edilən 50 milyon barel qiymətlərin müvəqqəti azalmasına, bəlkə də 5 dollar düşməsinə səbəb ola bilər, lakin bunun qiymətlərə uzunmüddətli aşağı yönlü təsir göstərməsi ehtimalı azdır”.
Gündə 100 milyon barrelə çatan dünya neft istehlakı ilə müqayisədə bir neçə on milyon barelin satışı okeanda damcı olaraq qalacaq. Bundan əlavə, OPEC+ın ABŞ və onun müttəfiqinə azaldılmış hasilatın bərpası planından imtina etməklə cavab verməsi ehtimalı var.
Müştərilərin xəbərləri
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
24 d. əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
- 37 d. əvvəl
- 42 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bir və Xəzər Universiteti gələcəyin peşəkarları üçün güclərini birləşdirir
-
1 saat əvvəl
Əsgəran–Xocalı–Xankəndi avtomobil yolunun tikintisi 86 faiz icra olunub
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb
Ən çox oxunanlar
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı kəskin azalıb
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
Azərbaycan neftinin son qiyməti
“Azərpambıq”ın ixracı 71% artıb
“Aqrarkredit” 9 milyon manatlıq daşınmaz əmlakı satışa çıxarır
Epoint beynəlxalq ödəniş imkanlarını genişləndirir: artıq American Express və UnionPay kartlarının qəbulu mümkündür






















