Azərbaycan ilə Koreya arasında enerji əməkdaşlığı müzakirə edilib
Energetika naziri Pərviz Şahbazov Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
İki ölkə arasında iqtisadi-ticarət münasibətlərin, o cümlədən energetika üzrə əməkdaşlığın hazırkı səviyyəsindən bəhs edən nazir Pərviz Şahbazov bu səfərin enerji sahəsində potensial imkanların reallaşdırılmasına töhfə verəcəyini bildirib. Nazir ölkəmizdə neft-qaz sənayesinin inkişafı, bu sahədə regional və qlobal əhəmiyyətli infrastruktur layihələri, həmçinin Koreya Respublikası istiqamətində neft məhsulları və mayeləşdirilmiş təbii qazın təchizatı barədə məlumatları diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan tarixən karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınsa da, hazırda əsas hədəflərdən biri ölkəmizdə bərpa olunan enerji mənbələri üzrə qoyuluş gücünün 2030-cu ilədək 17%-dən 30%-ə çatdırılmasıdır:
“Dövlət başçısı bərpa olunan enerjinin inkişafına xüsusi diqqət yetirir. Sosial-iqtisadi inkişafa dair milli prioritetlərdən biri kimi “yaşıl artım” ölkəsinə çevrilmək və təmiz ətraf mühitə nail olmaq, həmçinin işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji zonası”nın yaradılması üçün mühüm strateji vəzifələr müəyyənləşdirilib. Bu istiqamətdə atılan addımlar bərpa olunan enerji üzrə hədəflərimizə yüksək dəstəyi təmin edəcək”, deyə nazir əlavə edib.
Nazir azad edilmiş ərazilərin enerji tələbatının ödənilməsində bərpa olunan enerji mənbələrindən maksimum istifadə ilə dünyada unikal zonaya çevriləcəyini vurğulayıb.
Görüşdə, həmçinin Xəzər dənizində yüksək külək enerjisi potensialı, bu potensial hesabına yaşıl hidrogen istehsalı və ixracı perspektivləri haqqında məlumat verilib, müvafiq istiqamətdə əməkdaşlıq imkanlarının olduğu qeyd edilib. Energetika sahəsində qanunvericilik bazasının gücləndirilməsi istiqamətində görülən işlər də qarşı tərəfin diqqətinə çatdırılıb.
Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin sədri Çong Soo Park isə Koreyanın yeni şimal siyasəti barədə məlumat verərək, siyasətin əhatə etdiyi 14 ölkə sırasında Azərbaycanın coğrafi olaraq ən uzaqda yerləşməsinə baxmayaraq, iki ölkəni sıx münasibətlərin birləşdirdiyini qeyd edib. O, Koreyanın enerji siyasəti, bərpa olunan enerji mənbələrindən istifadə və ətraf mühitin qorunması istiqamətində görülmüş işlər haqqında danışıb. Ölkəsində “yaşıl enerji”, o cümlədən hidrogen enerjisi sahəsində fəaliyyət göstərən tanınmış şirkətlərin olduğunu bildirən sədr, bu istiqamətdə Azərbaycanın hədəflərinin Koreya şirkətləri ilə əməkdaşlıq üçün potensialı yaratdığını bildirib.
Görüş zamanı “yaşıl enerji” sahəsində fəaliyyət göstərən Koreya şirkətləri üçün Azərbaycanda müvafiq investisiya imkanları haqqında məlumatlandırma tədbirinin əhəmiyyəti qeyd edilib. Energetika sahəsi üzrə müxtəlif istiqamətlərdə əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
9 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
15 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























