BP: Azəri-Çıraq-Günəşli üzrə yeni müqavilə gələn ay imzalana bilər
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənilməsinə dair yeni müqavilə gələn ayın sonunda imzalana bilər.
Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib.
Onun sözlərinə görə, müqavilə 2050-ci ilədək olan müddəti əhatə edəcək. "BP layihənin operatoru olaraq qalacaq. İmzalanacaq müqavilə bu layihəyə yatırılacaq investisiyaların həcminin artırılmasına imkan verəcək", - deyə o bildirib.
Xatırladaq ki, ötən ilin dekabrın ayının 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG-nin gələcək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Bu razılaşma yataqlar blokunun 2050-ci ilədək işlənməsini əhatə edəcək və əsrin ortalarınadək əhəmiyyətli həcmdə ehtiyatların işlənməsi potensialını əlavə edəcək. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir.
ABƏŞ səhmdarları BP, "Chevron", "Inpex", "Statoil", "ExxonMobil", TPAO, "Itochu" və "ONGC Videsh" şirkətləridir.
Niyyət məktubu SOCAR-ın prezidenti Rövnəq Abdullayev və ABƏŞ tərəfdaşlığı adından BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell tərəfindən imzalanıb.
Niyyət məktubu AÇG-nin gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.
Qeyd edək ki, AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqdır. O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadrat kilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170m arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.
AÇG-nin işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.
AÇG yatağında altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. AÇG yatağından hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir.
BP şirkəti ABƏŞ və AÇG üzrə HPBS-nin Podratçı Tərəfləri adından operator qismində çıxış edir.
© APA
Müştərilərin xəbərləri
Sumqayıt layihələrində ipoteka və daxili kredit imkanı ilə satış davam edir - aylıq 423 manatdan başlayan qiymətlər
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
-
1 gün sonra
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
11 saat əvvəl
“Xəmsə” birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu
-
11 saat əvvəl
4-cü avtomobil təqdim edildi, növbəti sən ola bilərsən - Həyəcan davam edir!
-
11 saat əvvəl
Xırdalanda ilk “McDonald's” restoranının açılışı olub - FOTO
- 11 saat əvvəl
-
11 saat əvvəl
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
-
12 saat əvvəl
9 ayda Azərbaycan Rusiyaya 879 milyon dollarlıq qeyri-neft malları ixrac edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Gündəmdə qırmızıdır! - Baku Electronics-də Qırmızı Şənbə başladı!
"PAŞA Həyat"da yeni təyinat
“Monetri” BOKT və və onun vəzifəli şəxsi cərimələnib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
53, 81 və 160 nömrəli marşrutlarda yeni avtobuslar xəttə buraxılır
Ən çox oxunanlar
Mərkəzi Bankda bankların rəhbər şəxsləri ilə görüş keçirilib
Qırmızı Ürəklər Fondundan “Zəfər Payı” aksiyası
Avrozonada inflyasiya hədəfə yaxınlaşıb























