Azərbaycan və İsrail aqrar tədqiqatlar və kadr hazırlığı sahəsində əməkdaşlığı genişləndirəcək
Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin İsrailə səfəri davam edir.
Nazirliyin yaydığı məlumata görə, səfər çərçivəsində Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovla İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı aqrar tədqiqatlar sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr hazırlığı, aqrar təhsil sahəsində əməkdaşlıq, universitetlər arasında tələbə və müəllim mübadiləsi, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub. Tərəflər Azərbaycan və İsrail şirkətlərinin kənd təsərrüfatı üzrə ixtisaslaşmış sərgilərdə qarşılıqlı iştirakı barədə də fikir mübadiləsi aparıblar. Bildirilib ki, İsrail şirkətləri “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakda maraqlıdır və gələn ildən bu sərgidə daha geniş tərkibdə iştirak edəcəklər.
Nümayəndə heyəti səfər çərçivəsində “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzində olub. Mərkəzdə keçirilən görüş zamanı iki ölkənin aqrar tədqiqatlar sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib, aqrar məlumatlar bazasının formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb. Nümayəndə heyəti üçün keçirilən təqdimatda Mərkəzin fəaliyyəti, bitkiçilik, heyvandarlıq, bitki mühafizəsi, torpaqşünaslıq sahəsində tədqiqat istiqamətləri barədə geniş məlumat verilib. Görüşdə “Volcani Center” Aqrar Tədqiqatlar Mərkəzi ilə Azərbaycanın müvafiq elmi tədqiqat institutları arasında toxumçuluq sahəsində əməkdaşlığın genişləndirilməsi və kadr mübadiləsi barədə razılaşma əldə olunub.
Heyət üzvləri həmçinin İsrailin müasir suvarma sistemlərinin istehsalı üzrə ixtisaslamış “Netafim” şirkətinin, müasir heyvandarlıq kompleksinin, toxumçuluq müəssisəsinin, südçülük kompleksinin fəaliyyəti ilə tanış olub, yerli şirkətlərin nümayəndələri ilə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Azərbaycan heyətinə Kənd Təsərrüfatı Nazirliyinin və ölkənin aqrar sahə üzrə ixtisaslaşmış şirkətlərinin nümayəndələri daxildir. Nümayəndə heyəti dünən Təl-Əvivdə keçirilmiş İsrail-Azərbaycan Kənd Təsərrüfatı Biznes Forumunda iştirak edib. Forum şərçivəsində Azərbaycan və İsrail şirkətləri arasında kənd təsərrüfatının müxtəlif sahələri üzrə əməkdaşlıq etmək barədə ikitərəfli razılaşmalar əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
11 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
17 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş


























