Çin qlobal sərvəti ilə ABŞ-ı geridə qoyub
McKinsey & Co-nun yeni hesabatına görə, Çin qlobal səviyyədə ən böyük xalis sərvət toplayan ölkə kimi ABŞ-ı geridə qoyub.
Marja xəbər verir ki, hesabata görə, 2000-ci ildə Dünya Ticarət Təşkilatına daxil olan Çinin sərvəti o zaman 7 trilyon dollar idi, 2020-ci ilədək isə 17 dəfə artaraq 120 trilyon dollara çatıb. ABŞ isə eyni dövrdə sərvətini iki dəfə artırıb. Vaşinqtonun 2020-ci ildə xalis sərvəti 90 trilyon dollara çatıb.
Hesabatda hər iki ölkədə toplanan sərvətin üçdə ikisindən çoxunun əhalinin ən zəngin 10 faizinə məxsus olduğu və bu payın getdikcə artdığı bildirilib. Qlobal sərvət 2000-ci ildəki 156 trilyon dollardan 2020-ci ildə 514 trilyon dollara yüksəlib.
ÇÖKMƏ XƏBƏRDARLIĞI
McKinsey bu sərvətin təxminən 68 faizinin daşınmaz əmlaka aid olduğunu və onun sürətli artımının eyni dövr ərzində dünya ÜDM-nin artımını üstələdiyini bildirib. Yüksək qiymətlərin bir çox insanı ev almaq imkanından məhrum edəcəyini qeyd edən McKinsey, belə bir vəziyyətin ABŞ-da 2008-ci ildəki kimi yeni maliyyə böhranına səbəb ola biləcəyini də qeyd edib. Həmçinin, xəbərdarlıq edilib ki, aktivlərin qiymətindəki eniş qlobal sərvətin üçdə birini yox edə bilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 33 d. əvvəl
-
- 52 d. əvvəl
-
1 saat əvvəl
Dövriyyədə olan nağd pulun və bank ehtiyatlarının cəmi məbləği açıqlandı
-
1 saat əvvəl
Mərkəzi Bank rəsmi valyuta ehtiyatlarının daha da artdığını açıqladı - MƏBLƏĞ
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Bakı Metropoliteni”: Xalis zərərin artması əsasən iki amillə bağlıdır - MÜSAHİBƏ
- 17 saat əvvəl
-
17 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Tramp: Venesuela ABŞ-yə 30–50 milyon barel neft verəcək
Rəsmi məzənnələr açıqlandı
Qızıl Balıqartırma Zavodu ASC-dən MMC-yə çevrilib
Ən çox oxunanlar
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Siqaret qaçaqmalçılığı üzrə daha bir nəfər saxlanılıb
Bank filialı üçün mebel alır - TENDER
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!


























