Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı artıb
2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 112 ölkəyə məhsul ixrac olunmuş, 169 ölkədən idxal olunmuşdur.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-sentyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 23 milyard 164,1 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 14 milyard 819,6 milyon dollarını və ya 64,0 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 344,5 milyon dollarını (36,0 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 6 milyard 475,1 milyon dollar məbləğində müsbət saldo yaranmışdır.
2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 29,9 faiz artmış, real ifadədə isə 3,2 faiz, o cümlədən idxal 12,2 faiz azalmış, ixrac isə 3,9 faiz artmışdır.
2021-ci ilin yanvar-sentyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 41,1 faiz, real ifadədə 28,7 faiz artaraq 1 milyard 809,1 milyon dollar təşkil etmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 38,6 faizini İtaliyaya, 13,2 faizini Türkiyəyə, 4,2 faizini Rusiyaya, 3,8 faizini İspaniyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,5 faiz olmaqla İsrail və Gürcüstana, 3,4 faizini Hindistana, hər biri 2,6 faiz olmaqla Portuqaliya və Tunisə, 2,3 faizini Birləşmiş Krallığa, 2,2 faizini Ukraynaya, hər biri 1,6 faiz olmaqla Belarus və Almaniyaya, hər biri 1,5 faiz olmaqla İsveçrə və Kanadaya, 1,1 faizini Yunanıstana, 9,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (25,2 faiz), İsveçrəyə (9,6 faiz), Gürcüstana (6,7 faiz), ABŞ-a (3,0 faiz), Ukraynaya (2,0 faiz), Braziliyaya (1,7 faiz), Çinə (1,5 faiz), Belçikaya (1,5 faiz), Qazaxıstana (1,4 faiz), Türkmənistana (1,2 faiz), Birləşmiş Krallığa (1,1 faiz), Niderlanda (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,3 faizi Rusiya, 15,7 faizi Türkiyə, 13,9 faizi Çin, 5,8 faizi Almaniya, 4,0 faizi ABŞ, hər biri 3,9 faiz olmaqla İtaliya və Ukrayna, 3,3 faizi İran, 2,6 faizi Birləşmiş Krallıq, 2,3 faizi Yaponiya, 1,9 faizi Koreya, 1,7 faizi Fransa, 1,6 faizi Braziliya, 1,3 faizi Hindistan, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Vyetnam və Polşa, 17,7 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 34,3 faiz, kartof – 12,9 faiz, şəkər – 1,7 dəfə, meyvə və tərəvəz şirələri – 11,9 faiz, meyvə və tərəvəz konservləri – 17,4 faiz, pambıq lifi – 1,6 dəfə, polietilen – 13,8 faiz, pambıq ipliyi – 2,3 dəfə, qara metallardan yarımfabrikatlar – 6,0 dəfə, qara metallardan borular – 7,9 faiz artmış, təzə tərəvəz ixracı isə 20,8 faiz, bitki yağları – 14,2 faiz, tütün – 20,2 faiz, çay – 17,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 26,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 7,7 faiz, emal olunmamış alüminium – 33,7 faiz, bentonit gili – 2,9 faiz azalmışdır.
2020-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 2021-ci ilin yanvar-sentyabr aylarında xam şəkər və şəkər idxalı 3,4 faiz, çay – 5,3 faiz, kartof – 19,2 faiz, təzə tərəvəz – 39,2 faiz, minik avtomobilləri – 1,7 dəfə, yük avtomobilləri – 1,7 dəfə, rezin şinlər – 38,7 faiz, mebellər – 33,4 faiz, paltaryuyan maşınlar – 28,5 faiz, avtobuslar – 9,3 faiz, məişət soyuducuları – 39,3 faiz artmış, buğda idxalı isə 28,8 faiz, bitki yağları – 7,5 faiz, təzə meyvə – 1,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 11,6 faiz, quş əti və onun əlavə məhsulları – 10,1 faiz, mal əti – 43,2 faiz, siqaretlər – 24,9 faiz, dərman vasitələri – 4,3 faiz, qara metallardan borular – 26,1 faiz, polad prokatı – 38,7 faiz, hesablama maşınları, blok və qurğuları – 0,6 faiz, mineral gübrələr – 59,7 faiz, məişət kondisionerləri – 0,6 faiz, qara metallardan çubuqlar – 70,2 faiz, polietilen – 29,5 faiz, qara metallardan künclüklər – 26,0 faiz, sement və sement klinkerləri – 15,8 faiz azalmışdır.
Müştərilərin xəbərləri
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 23 saat sonra
-
- 1 d. əvvəl
-
16 d. əvvəl
Dollarla 8% gəlir: Unibank-ın yeni istiqrazlarının detalları açıqlandı
-
25 d. əvvəl
Kapital Bank-dan böyük istiqraz emissiyası: investorlara aylıq faiz ödənişi ediləcək
- 29 d. əvvəl
-
43 d. əvvəl
Azərbaycan daha çox pul ödəyib, amma daha az gübrə idxal edib
-
47 d. əvvəl
Dərman idxalında 5 milyon dollarlıq azalma - 214 milyon dollara düşüb
-
50 d. əvvəl
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
- 1 saat əvvəl
-
1 saat əvvəl
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
METAK və VFK Azərbaycanda ilk polistirol qablaşdırma istehsalının yaradılması üzrə əməkdaşlıq sazişi imzalayıblar
Azərbaycan siqaret idxalı artıb - 5 ayda 52 milyon dolları keçib
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
BBC 550 əməkdaşını işdən çıxarır - 500 milyonluq qənaət planı, böyük ixtisar dalğası
İlk 5 ayda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 16,6% artaraq 1,5 milyard dolları təşkil edib
Bu gün PAŞA Bank-ın səhmlərinin yerləşdirilməsinə başlanılır
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
Tramp ABŞ-İran sazişinin kağız nüsxəsini imzaladı
FED faiz qərarını açıqladı
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















