Manat ticarət tərəfdaşı olan 5 ölkəlnin valyutalarına qarşı bahalaşıb
Xarici bazarlarda qeyri-neft sektorunun rəqabət qabiliyyəti aşaöı düşür!2021-ci ilin 9 ayı ərzində manatın məzənnəsi ticarət tərəfdaşı olan ölkələrin valyutalarına qarşı fərqli istiqamətlərdə dəyişmişdir.
Marja Mərkəzi Bankın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, manatın məzənnəsi avroya, türk lirəsinə, isveçrə frankına, funt-sterlinqə və yapon yeninə qarşı bahalaşmış, rus rubluna, ukrayna qrivnasına və gürcü larisinə qarşı ucuzlaşmışdır.
Qeyd edilib ki, ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. Ümumilikdə, dövr ərzində manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi (NEM) 2.1%, real effektiv məzənnəsi (REM) isə 2.9% bahalaşmışdır.
Qeyd eddək ki, Manatın real effektiv məzənnəsinin (REM) ucuzlaşması qeyri neft-qaz sektorunun uzunmüddətli rəqabət qabiliyyətinə müsbət təsir edir. 2021-ci ilin 9 ayı ərzində, 2014-cü ilin sonu ilə müqayisədə REM 28.9% ucuzlaşıb. 2014-cü ilin sonu ilə müqayisədə REM-in ucuzlaşması 2019-cu ilin sonunda 33.6%, 2020-ci ilin sonunda 30.9% təşkil etmişdi. Beləliklə, Manatın real effektiv məzənnəsinin ucuzlaşması nisbəti azalmaqdadır, bu da qeyri-neft sektorunun xarici bazarlarda rəqabət qabiliyyətinin aşağı düşməkdə olduğu deməkdir.
Müştərilərin xəbərləri
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 19 d. əvvəl
-
-
57 d. əvvəl
Xırdalanda 2700-dən çox mənzilli kompleksdə mühüm yenilik - RƏSMİ SƏNƏD İMZALANIB
-
1 saat əvvəl
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azəri-Çıraq-Günəşlidə ilk kommersiya qaz hasilatı əməliyyatları başladı
-
1 saat əvvəl
PAŞA Bank 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günündə uşaqların inkişafına dəstək oldu
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Sənət, şəhər və yaşayışın gələcəyi - Bahar Residence-də fərqli bir gün
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb
Köhnə Bakı həyətlərindən gələcəyin yaşayış modelinə
Ən çox oxunanlar
"McDonald's Azərbaycan" şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO
Unicapital “Mən də investor ola bilərəm” layihəsini həyata keçirib
“AzInTelecom” uşaqlar üçün rəqəmsal təhlükəsizlik sessiyası keçirib
Mülki Aviasiya İşçilərinə ÖZƏL KREDİT TƏKLİFİ


















.jpg)






