Heyvan xəstəliklərindən azad zonanın yaradılması beynəlxalq ekspertlərlə müzakirə olunub
Noyabrın 10-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Texniki Əməkdaşlıq Proqramı çərçivəsində FAO Baş Qərargahının ekspertləri Dr. Susanne Munstermann və Dr. Kamila Benfieldin ilə görüş keçirilib.
Agentliyin yaydığı məlumatda bildirilir ki, görüşdə ölkəmizin xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyindən azad elan olunması ilə bağlı görülən işlər, Azərbaycan hökuməti tərəfindən hazırlanan müvafiq sənədlərin tamamlanmasına texniki dəstəyin göstərilməsi və xəstəlikdən rəsmi azad ölkə statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.
Son illərdə ölkəmizdə heyvan sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı məlumat verən AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva heyvan xəstəliklərindən azad zonanın yaradılması istiqamətində bir sıra zəruri işlərin görüldüyünü və hazırda bu sahədə müvafiq tədbirlərin davam etdirildiyini diqqətə çatdırıb.
Sonda səfər çərçivəsində əməkdaşlıq proqramına uyğun həyata keçiriləcək tədbirlərin gündəliyi müzakirə olunub və mütəxəssislər tərəfindən beynəlxalq ekspertlərin sualları cavablandırılıb.
Qeyd edək ki, xırdabuynuzlu heyvanların taun xəstəliyi FAO və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) 5 illik fəaliyyət planında göstərilən prioritet xəstəliklərdən biridir və 2030-cu ilə qədər dünyada bu xəstəliyin ləğv olunması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 18 saat sonra
-
- 17 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 2 saat əvvəl
-
3 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
























