Azərbaycanda vergi orqanlarının xətti ilə ƏDV üzrə büdcə daxilolmaları 20% artacaq
Gələn il Azərbaycanın dövlət büdcəsində vergi orqanlarının topladığı əlavə gəlir vergisi (ƏDV) üzrə daxilolmaların 2 milyard 368,7 milyon manat təşkil edəcəyi gözlənilir.
Bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.
Sənədə əsasən, bu, 2021-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20,2% çoxdur.
ƏDV üzrə büdcə daxilolmalarının 261,1 milyon manatı neft, 2 milyard 107,6 milyon manatı isə qeyri-neft sektorunun payına düşəcək. Bunlar isə illik müqayisədə 68,45% və 16,1% çoxdur.
Neft sektoru üzrə proqnozun artırılması ölkə daxilində neft məhsullarının və təbii qazın satış qiymətlərinin artırılması, qeyri-neft sektoru üzrə proqnozun artırılması isə qeyri-neft ÜDM-nin artması, eləcə də bina tikintisi ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnun tədricən başa çatması ilə həmin vergi ödəyicilərinin ƏDV ödəyicisinə çevrilməsi ilə əlaqədardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 28 d. əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
-
5 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
5 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
6 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
6 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Ən çox oxunanlar
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı


























