Dövlət Agentliyinin "sevimli" şirkəti - HƏR AY TENDERİN QALİBİ OLUR
“Referans Pharmaceuticals” MMC şirkəti İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin "sevimli" təchizatçısına çevrilib. İctimaiyyətə açıq olan məlumatlara görə, bu şirkət 2021-ci ildə Agentliyin keçirdiyi tenderlərdə 12 dəfə qalib olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi dərman vasitələrini əsasən “Referans Pharmaceuticals” şirkətindən satın alır. Dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, bu il Agentlik “Referans Pharmaceuticals” şirkətilə cəmi məbləği manat olan 273 milyon 191 min manatlıq müqavilələr imzalayıb (Bu məbləğ yanlış da ola bilər, çünki dövlət satınalmalarının vahid internet portalında müqavilələrin məbləğinin səhv daxil edilməsi halları tez-tez baş verir).
Portalda verilən məlumata görə, Agentlik “Referans Pharmaceuticals”dən 161 milyon 524 min manatlıq talassemiya xəstəliyi ilə mübarizə tədbirlərinin icrası ilə əlaqədar dərman vasitələri və tibbi sərfiyyat malları, 105 milyon 191 min manatlıq “İmtiyazlı qrupa daxil olan xəstələr”in təminatı üçün dərman vasitələri də satın alıb.
2014-cü ildə dölət qeydiyyata alınmış və 10 manat nizamnamə kapitalı olan “Referans Pharmaceuticals” şirkətinin qanuni təmsilçisi Əliyev Abbas Famil oğludur. "Referans Pharmaceutical" MMC-nin hüquqi ünvanı Bakı şəh, Nərimanov ray, Mirzəbala Məmmədadə, ev 8A-dır. "Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik" də bu ünvanda yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 21 saat sonra
-
- 28 d. əvvəl
- 40 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























