"Xurcun"dan Qələbə Gününə yeni məhsul və hədiyyə qutuları – FOTO
Yüksək keyfiyyətli milli brend "Xurcun Chain of Boutiques"Qələbə Gününə həsr olunmuş yeni məhsul və hədiyyə qutularını təqdim edib – FOTO(®) «Xurcun Chain of Boutiques» – Azərbaycanın yüksəkkeyfiyyəli milli brendidir. Əsası 2015-ci ildə Vugar Maharramov tərəfindən qoyulan təbii quru meyvə, çərəz, ekzotik çaylar və şirniyyat satmaq üzrə sürətlə böyüyən butiklər şəbəkəsidir.
«Xurcun Chain of Boutiques» brendini yaradarkən Vugar Maharramovun əsas məqsədi – yüksək keyfiyyətli, ən yaxşı dad və təbii məhsullar ilə fərqlənəcək bir brendi yaratmaqla yanaşı, həmçinin çoxəsrlik tarixi və zəngin mədəniyyəti olan Doğma Azərbaycanımızı təkcə Vətənimizdə deyil, eyni zamanda xaricdə də layiqincə təmsil etmək idi.
Nəticədə Vugar Maharramov öz məqsədinə mükəmməl şəkildə nail oldu və bu yolda uğur qazandı. Hazırda «Xurcun Chain of Boutiques» brendi dünyanın hər bir yerindən xüsusi və təkrarolunmaz zövqləri özündə birləşdirərək müxtəlif eksklüziv məhsullar və xüsusi dizaynlar vasitəsilə müəyyən mədəni dəyərləri yaradıb və yaratmaqda da davam edir.
Azərbaycanın əsl vətənpərvər oğlu, Vətənini bütün qəlbi ilə sevən Vugar Maharramov dostu Elnur Əliyevlə birlikdə həyasız erməni yalanlarını ifşa etmək və erməni terroru haqqında dünyanı məlumatlandırmaq məqsədilə Instagram, Facebook və Twitter sosial şəbəkələrində Karabakh və Karabakh.ru səhifələrini yaradıblar.
Oktyabrın 1-də bu səhifələrin yaranmasının 1 ili tamam oldu. Yaxın gələcəkdə isə ölkəmiz Vətən Müharibəsi zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun Ermənistanın uzunmüddətli işğalına son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi nəticəsində əldə etdiyi şanlı Qələbənin birinci ildönümünü qeyd edəcək.
Bu əlamətdar tarix üçün «Xurcun Chain of Boutiques» brendi Azərbaycanın Vətən Müharibəsində Qələbəsinə həsr olunmuş xüsusi hədiyyə qutuları buraxıb. Hədiyyə qutularının hər biri nəinki nəfis dizaynı ilə seçilir, həmçinin Azərbaycanın 44 günlük müharibə zamanı qazandığı tarixi qələbəsindən bəhs edilir – dizaynda işğaldan azad edilmiş bütün rayonlarımızın adları qeyd olunub və «Karabakh is Azerbaijan» şüarından istifadə olunub.
Xüsusi olaraq vurğulamaq istərdik ki, «Xurcun Chain of Boutiques» Qələbə Günü üçün yeni məhsullar – qablaşdırma dizaynı Azərbaycanın Qələbəsinə həsr olunmuş bitki çayları da buraxıb. Hədiyyə qutuları və yeni məhsullar artıq «Xurcun Chain of Boutiques» butiklər şəbəkəsində satışdadır. Bütün bunlar qarşıdan gələn və bütün Azərbaycan xalqı olaraq qeyd edəcəyimiz bayram – Vətən Müharibəsi Qələbəsinin birinci ildönümü üçün ideal hədiyyə ola bilər.
Qeyd edək ki, «Xurcun Chain of Boutiques» brendinin bütün məhsulları təbii olduğundan orqanizm üçün faydalıdır, bədəni lazımi vitaminlərlə təmin edərək immun sistemini qoruyur və ətraf mühitin zərərli maddələrinə qarşı müqaviməti artırır.
Rəsmi sayt - https://www.xurcun.az/
Online mağaza - https://xurcun.shop/
Xurcun sosial şəbəkələrdə:
Facebook - https://www.facebook.com/xurcun
Instagram - https://www.instagram.com/xurcun/
Ələqə nömrələri: (+99450) 212-12-31; (+99450) 212-13-11 (korporativ sifarişlər üçün).
Elektron poçt ünvanı - [email protected]
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
8 saat əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Mühəndisdən məktub var: Bəla gözləmədiyim yerdən gəldi.
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
Ən çox oxunanlar
"Bir" ekosistemində yeni təyinatlar
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















