“Qış çox sərt keçərsə, qiymətlər qalxa bilər”
"Avropada sərt qış qaz qiymətlərinin daha da artmasına səbəb ola bilər"Almaniyanın "Wintershall Dea GmbH" şirkətinin rəhbəri Mario Meren investorlarla telekörpü zamanı deyib ki, sərt qış Avropada təbii qazın qiymətinin daha da artmasına səbəb ola bilər.
“Qış çox sərt keçərsə, qiymətlər qalxa bilər”, - o deyib.
Wintershall Dea, Şimal axını 2-nin işə salınması ilə qaz bazarının sabitləşməsini gözləyir
“Şimal axını 2”nin işə salınmasından sonra əlavə qaz həcmləri Avropaya daxil olarkən yüksək qaz qiymətləri ilə bağlı vəziyyət sabitləşə bilər.
Bunu da Almaniyanın "Wintershall Dea" şirkətinin rəhbəri Mario Meren investorlarla telekörpü zamanı deyib.
“Əlbəttə, “Şimal axını 2” işə düşən kimi və Rusiya qazı Rusiya yataqlarından böyük həcmdə gələ biləcək, bu, qaz bazarında tədarüklə bağlı vəziyyəti sabitləşdirəcək”, - deyə o, müvafiq sualı cavablandırıb.
"İqlim hədəflərinə çatmaq üçün əlavə qaza çox ehtiyac var" - Meren bildirib. “Lakin biz görürük ki, ilin birinci yarısında Norveçdən qaz tədarükü keçən illə müqayisədə azalıb, LNG tədarükü isə əhəmiyyətli dərəcədə azalıb”, - o qeyd edib.
Şirkətin maliyyə direktoru Paul Smith də əlavə edib ki, "Nord Stream 2" qaz qiymətlərinin hərəkətinə təsir edəcək komponentdir”.
“Şimal axını 2”nin tikintisi 2021-ci il sentyabrın 10-da tam başa çatıb. Əvvəlcə onun 2019-cu ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulsa da, ABŞ-ın sanksiyaları səbəbindən təxirə salınıb. Qaz kəməri ümumi ötürmə qabiliyyəti 55 milyard kubmetr olan iki xəttdən ibarətdir. Kəmər Rusiyadan Baltik dənizi ilə Almaniyaya qədər uzanır.
Qaz kəmərinin işə salınması üçün layihənin operatoru Stralsund Mədən İdarəsinə texniki standartlara uyğunluq sertifikatlarını təqdim etməlidir.
Marja xəbər veri ki, Çərşənbə axşamı Londonun ICE birjasında keçirilən hərraclarda Avropada qazın qiyməti 1000 kubmetr üçün təxminən 1090 dollar təşkil edib.
Avropa qaz sənayesindəki böhran, bu payızda, qazın qiyməti sürətlə artmağa başlayandan və 1000 kubmetr üçün təxminən 2000 dollara çatdıqdan sonra kəskinləşib. Qiymətlər təbii qaza təlabatın artması və qaz anbarlarının yarımçıq olması fonunda yüksəlir.
Müşahidəçilərin fikrincə, böhrana səbəb kompleks amillər olub. Onlardan biri Asiyada qaza tələbatının kəskin artması və tədarükün Avropa xaricinə axını ilə bağlıdır. Avropada küləkdən enerji istehsalının azalması vəziyyəti daha da ağırlaşdırıb.
Lakin qaz bazarında yüksək volatilliyin əsas səbəbi qaz anbarlarının aşağı doluluq göstəricisi olub. “Gas Infrastructure Europe”un məlumatına görə, oktyabrın ortalarına olan məlumata görə, Avropanın yeraltı qaz anbarları 71% ilə doludur.
"Wintershall Dea" Avropanın aparıcı müstəqil qaz və neft şirkətlərindən biridir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 18 saat əvvəl
-
- 19 saat əvvəl
-
19 saat əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
1 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 1 gün əvvəl
-
1 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
1 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)









