Azərbaycan bankı zərər açıqladı
“Bank Avrasiya” ASC 2021-ci ilin 9 ayın 2 milyon 798 min manat xalis zərər ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 196 min manat xalis mənfəət ilə bağlamışdı. Zərərin səbəbi mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayırmanın 1,8 dəfə artmasıdır.
Marja Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, cari ilin yanvar-sentyabr dövründə "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 10 miylon 299 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 450 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 4 milyon 849 min manat təşkil edib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 7 milyon 647 min manat ayırdığından 9 ayı 2 milyon 798 min manat xalis zərər ilə başa vurub.
Qeyd edək ki, 2020-ci ilin 9 ayında "Bank Avrasiya"nın cəmi əməliyyat gəlirləri 9 milyon 299 min manat, cəmi əməliyyat xərcləri 4 milyon 968 min manat, əməliyyat mənfəəti 4 milyon 330 min manat təşkil etmişdi. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara 4 milyon 135 min manat ayırdığı üçün həmin dövrü 196 min manat xalis mənfəət ilə bağlamışdı.
“Bank Avrasiya” ASC-nin cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 2 milyon 505 min manat və ya 1,6% azalaraq 157 milyon 198 min manata düşüb. Bank 2020-ci ilin sonunda 159 milyon 704 min manat cəmi aktivlərə malik idi. Aktivlərin azalmasının əsas səbəbi qiymətli kağızlara investisiyaların azalmasıdır.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
“Bank Avrasiya” tərəfindən müştərilər verilmiş cəmi kreditlər (kredit portfeli) 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 4 milyon 456 min manat və ya 4% artaraq 117 milyon 73 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 112 milyon 616 min manat cəmi cəmi kredit portfelinə malik idi.
“Bank Avrasiya”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 552 min manat və ya 1,2% azalaraq 43 milyon 476 min manata düşüb. Bank 2020-ci ilin sonunda 44 milyon 28 min manat cəmi depozit portfelinə malik idi. Fiziki şəxslərin depozitləri 755 min manat artıb, hüquqi şəxslərin depozitləri isə 1 milyon 307 min manat azalıb.
30 Sentyabr 2021-ci il tarixində“Bank Avrasiya” 67 milyon 4423 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 10 saat əvvəl
-
10 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 13 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib













.jpg)





