PAŞA Bank özəl müştərilərinin sayını açıqladı
Bankın yüksək gəlir sahibi olan müştərilərinin sayı artır.Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük özəl bankı və ən iri korporativ bank olan PAŞA Bank seqmentlər üzrə müştərilərinin sayını açıqlayıb.
Marja-nın məlumatına görə, 2021-ci ilin ilk yarısının maliyyə nəticələrinə həsr olunan mətbuat konfransında “PAŞA Bank” ASC-nin İdarə Heyətinin üzvü, Baş maliyyə inzibatçısı Bəhruz Nağıyev bildirib ki, əgər PAŞA Bank ötən ilin iyun ayında 207 min 61 şəxsə, 2020-ci ilin sonunda isə 234 min 958 şəxsə xidmət göstərirdisə, 30 İyun 2021-ci il tarixində müştərilərin sayı 253 min 565 şəxsə çatıb. Artım əsasən kiçik və orta (KOS) müştərilərin, fərdi bankçılıq üzrə müştərilərin sayının artması ilə əlaqədardır.
2021-ci ilin 6 ayı ərzində korporativ müştərilərin sayı 37 şəxs azalaraq 1148 şəxsə düşüb. 2020-ci ilin sonunda PAŞA Bankın 1185 korporativ müştərisi var idi.
KOS müştərilərin sayı 1889 şəxs artaraq 10 min 787 şəxsə, fərdi bankçılıq üzrə müştərilərin sayı isə 16 min 639 şəxs artaraq 240 min 623 şəxsə çatıb.
Özəl bankçılıq üzrə müştərilərin sayı 2020-ci ilin sonu ilə müqayisədə (yanvar-iyunda) 116 şəxs, ötən ilin iyun ayı ilə müqayisədə isə 240 şəxs artaraq 30 İyun 2021-ci il tarixində 995 şəxs olub. Bu say 2020-ci ilin iyun ayının sonunda 755 şəxs, həmən ilin sonunda isə 879 şəxs idi.
Digər müştərilərin sayı isə dəyişməyərək 12-də qalıb.
Qeyd edək ki, "PAŞA Private Banking" Azərbaycanda özəl bankçılıq seqmentinin lideridir. Bank 2010-cu ildən etibarən yerli biznesin xidmətindədir, eləcə də yüksək gəlir sahibi olan müştərilərin aktivlərinin qorunması və idarə olunması ilə məşğuldur.
Həmçinin oxu
PAŞA Bankın POS-terminallarının sayı sürətlə artırMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 15 saat əvvəl
-
15 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib













.jpg)






