“İnternet-Bankçılıq” xidmətini yeniləyib
Bütün dünyada olduğu kimi Azərbaycanda da ənənəvi bankçılıqdan rəqəmsal bankçılığa keçidin aktuallığını və müştərilərə daha çevik xidmət göstərilməsini nəzərə alan Bank “BTB” ASC bankda hesab açan fərdi və korporativ müştəriləri üçün yenilənmiş İnternet Bankçılıq xidmətini təklif edir.
Bankın yaydığı məlumata görə, “İnternet Bankçılıq” xidməti müştəriyə (fiziki şəxslər, hüquqi şəxslər, fərdi sahibkarlar) banka gəlmədən kompüter, planşet və ya mobil telefonda internet vasitəsilə www.btb.az portalının ana səhifəsində yerləşdirilmiş “İnternet Bankçılıq” bölməsinə daxil olaraq hesabları, bank kartları, kreditləri, depozitləri və s. barədə məlumat əldə edə biləcəyi, həmçinin bir sıra bank əməliyyatları (valyuta əməliyyatları, köçürmələr, ödənişlər və s.) həyata keçirməyə imkan verən innovativ bank xidmətidir.
“İnternet Bankçılıq” xidmətinə qoşulmaq üçün müştəri bankın müvafiq xidmət nöqtəsinə müraciət etməli, müvafiq sənədləri və müqaviləni imzalamalıdır. Qəbul olunan müraciət əsasında xidmət aktivləşdirilir və müştəriyə xidmətdən istifadə üçün nəzərdə tutulmuş istifadəçi adı və şifrə təqdim olunur. Qeyd edək ki, xidmət müştərilərə bank tərəfindən pulsuz təqdim edilir.
Müştərilərin “İnternet Bankçılıq” xidməti ilə əməliyyat aparması üçün Bank BTB–nin bu xidməti “Asan İmza” mobil elektron imza xidməti ilə də inteqrasiya edilib. «Asan İmza» mobil elektron imzanın istifadəsi Bank BTB–nin müştərilərinə maliyyə əməliyyatlarını tez, asan və təhlükəsiz şəkildə həyata keçirməyə imkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
6 gün sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Bank borcunu ödəməyənlərlə bağlı - Yeni qayda
Avropada təbii qazım qiyməti kəskin düşdü
Baku Electronics-də sərfəli endirim havaları davam edir!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər















.jpg)








