Sentyabr ayında Geely-nin avtomobil satışları 18% azalıb
Çinin Geely şirkətinin avtomobil satışları bu ilin sentyabr ayında 103,93 min ədəd təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 18% azdır.
Marja xəbər verir ki, bu barədə şirkətin bazar ertəsi açıqladığı hesabatda deyilir.
İllik göstəricilərin azalmasına baxmayaraq, sentyabr ayı göstəricisi avqustda qeydə alınan göstəricidən 18% çoxdur.
Hesabatda qeyd edilib ki, COVID-19 pandemiyası və qlobal tədarükün pozulması, sentyabr ayında illik dinamikanın mənfi dinamikasına səbəb olub.
Eyni zamanda, hibrid və elektrikli Geely vasitlərinin satış həcmi 2020-ci ilin sentyabr ayı ilə müqayisədə 83% artaraq 11,17 min ədədi keçib.
Cari ilin yanvar-sentyabr aylarında (9 ayda) Geely avtomobillərinin ümumi satış həcmi illik ifadədə 5% artımla 921,79 min ədəd təşkil edib.
2025-ci ilə qədər Geely Çin avtomobil markaları arasında ölkə bazarında lider mövqe tutmağı və illik satışını 3.65 milyon ədədə çatdırmağı planlaşdırır. O vaxta qədər elektrikli avtomobillər ümumi satışın təxminən 30%-ni təşkil etməlidir.
Bu ilin iyun ayının əvvəlində Geely-nin elektromobil istehsal etmək üçün ayrı bir şirkət qurduğu açıqlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz

























