"Huner Group" hünər göstərdi
"Huner Group" şirkəti "Hünər Qüllələri" yaşayış kompleksini vaxtından daha əvvəl təhvil verib.
Marja xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, 2021-ci ilin sonuna təhvil verilməsi planlaşdırılan "Hünər Qüllələri"ndə işlər vaxtından əvvəl başa çatdırılıb.
"Son dönəmdə keçdiyimiz bütün sıxıntılara və çətinliklərə baxmayaraq biz heç bir fasiləyə yol vermədən bütün komandamızla birlikdə işləri tam sürətlə həyata keçirmək üçün böyük məsuliyyətlə çalışdıq.
Nəticədə 2021-ci ilin sonuna təhvil verilməsi planlaşdırılan "Hünər Qüllələri" yaşayış kompleksində bütün işləri vaxtından daha əvvəl yekunlaşdıq və binanı sakinlərimizə təhvil verdik. Kompleksin sakinləri artıq öz mənzillərində təmir işlərinə başlayıblar. Siz də bu unikal layihədən mənzil sahibi olmaq istəyirsinizsə elə indi satış ofisimizə gələrək ətraflı məlumat ala bilərsiniz", -məlumatda deyilir.
Qeyd edək ki, "Hünər Qüllələri" Ağ Şəhərdə inşa olunur. “Hünər Qüllələri” Azərbaycan tikinti sektorunda öz fərqliliyi ilə seçilməyi hədəfləyən "Huner Group"un ən böyük inşaat layihəsidir. Əlverişli yerləşmə sakinlərə, şəhərin istənilən nöqtəsinə rahat keçidi təmin edən 4 əsas prospektə - Nobel, Babək, Neftçilər və Heydər Əliyev prospektlərinə çıxış imkanı verir. Həmçinin yaxınlıqda Xətai və onun davamı olaraq tikiləcək, şərti adı Y14 olan metro stansiyasının olması daha bir üstünlük yaradır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 saat əvvəl
-
1 saat əvvəl
"PAŞA Holding" “ABAD” tərəfindən icra edilmiş layihələri dəstəkləməyə davam edir
-
1 saat əvvəl
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
-
2 saat əvvəl
Çin iqtisadiyyatı artım hədəfinə çatıb - 20 trilyon dollarlıq istehsal
-
3 saat əvvəl
"Trendyol" və "PAŞA Holding”in təşəbbüsü ilə 12 mindən çox ağac əkilib
-
3 saat əvvəl
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Ən çox oxunanlar
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
Azərbaycana turist axını azalıb
Azərbaycanın iri bankının sədri Davos təəssüratlarını paylaşdı
“AccessBank”ın biznes kreditləri portfeli 1 milyard manatı keçib
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu























