Əmanətlərin Sığortalanması Fondu ilə ABŞ-nin Xəzinədarlıq Departamenti arasında onlayn işgüzar görüş baş tutub
Əmanətlərin Sığortalanması Fondu ilə Amerika Birləşmiş Ştatlarının Xəzinədarlıq Departamenti arasında videoformatda işgüzar görüş həyata keçirilib.
Fonddun yaydığı məlumata görə, görüşdə qarşılıqlı əlaqələrin formalaşdırılması, həmçinin ABŞ Xəzinədarlıq Departamenti tərəfindən Fondun planlaşdırdığı yeni layihələrə müvafiq yardımların, o cümlədən texniki dəstəyin verilməsi məsələləri müzakirə olunub.
Tərəflər Fond tərəfindən risk əsaslı sığorta modelinə keçid, sığorta itkilərinə qarşı ehtiyatlarının hesablanması metodologiyasının formalaşdırılması, mərkəzləşdirilmiş depozit reyestrinin yaradılması kimi fundamental məsələlərlə yanaşı, qurumun fəaliyyəti üçün hüquqi çərçivənin hazırlanması, həmçinin ləğvetmə istiqamətində aktivlərin idarə edilməsi üzrə dəstəyin verilməsi kimi mövzulara toxunulub.
Sonda hər iki tərəf qarşılıqlı əlaqələrin formalaşmasını yüksək qiymətləndirərək, bu cür görüşlərin daha sıx keçirilməsi qənaətinə gəliblər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 46 d. əvvəl
-
56 d. əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
-
1 saat əvvəl
Azərbaycan ilə Türkmənistan arasında imzalanmış sənədlər mübadilə olunub
-
1 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti
Bəzi çimərliklərdən istifadə məhdudlaşdırılıb
Azərbaycanda süni yumurta satışı iddiaları ilə bağlı AÇIQLAMA
Azərbaycan Türkmənistana tanker hədiyyə etdi
PAŞA Bank-ın dəstəyi ilə keçirilən “AI for Good” layihəsi başa çatdı
Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub
“AzerTelecom” və “Telecom Armenia” internet trafikinin tranziti üzrə müqavilə imzalayıb



























