Kasıb təbəqədən olan insanların tikililəri söküldü
Qanunsuz tikililərə qarşı geniş əməliyyat - 5 hektar mədən ərazisində hasarlar söküldüƏhalinin sürətli şəkildə məskunlaşdığı neft ərazilərindən biri də Buzovna qəsəbəsində yerləşən Hacı Zeynalabdin Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin mədən sahələridir. Artıq mədən ərazisinin bir hissəsi yaşayış massivinə çevrilib.
Hektarlarla ərazi isə müxtəlif şəxslər tərəfindən hasara alınıb. Bu ərazilərdə əhalinin məskunlaşmasının qarşısını almaq və neft sənayesinin normal fəaliyyətini təmin etmək üçün zəbt olunmuş ərazilərdəki hasarların sökülməsinə başlanılıb. Bir neçə gün ərzində ümumilikdə 5 hektardan çox mədən ərazisində qanunsuz tikililər sökülüb.
Mədən ərazilərinin mühafizəsini təşkil edən “Security Operation Services” şirkətinin nümayəndəsi Almaz Əhmədovanın sözlərinə görə, qanunsuz zəbt olunan mədən ərazilərində söküntü işləri bundan sonra da davam etdiriləcək.
"Hektarlarla neft ərazisi yerli işbazlar tərəfindən kasıb təbəqədən olan insanlara satılır və bu zaman onlar aldadılır. Neft ərazisində yaşayan insanların həyatları təhlükədə olur. Onlar həm özlərini, həm də yaxınlarını qurbana çevirirlər. Şüalanma nəticəsində qan xərçəngi, şiş xəstəlikləri yaranır, bunları elm də sübut edir. Hal-hazırda 2,1 hektar ərazi zəbtdən azad olunaraq, söküntü işləri aparıldı. Bu işlər silsilə şəklində davam edəcək. Həm insanların sağlamlığı üçün həm də neft sənayesinin normal fəaliyyəti üçün bu addımlar atılır. Fürsətdən istifadə edərək, vətəndaşlara müraciət etmək istəyirəm ki, neft ərazisində satılan torpaqlardan almasınlar. Bu torpaqlarda evlərin tikilməsi qeyri qanunidir", - o vurğulayıb.
Qeyd edək ki, söküntü işlərində mühafizə şirkətinin əməkdaşları ilə yanaşı, Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, polis əməkdaşları, Hacı Zeynalabdin Tağıyev adına Neft-Qaz çıxarma İdarəsinin işçiləri iştirak ediblər.
Qeyd edək ki, Bakıda neft mədəni ərazilərinin qanunsuz zəbt edilərək ayrı-ayrı vətəndaşlara satılması problemi hələ də aktual olaraq qalır. Araşdırmalar onu göstərir ki, neft mədənlərinin ərazisi əsasən müxtəlif işbazlar, dələduz maklerlər tərəfindən zəbt olunub imkansız ailələrə satılır. İnsanların acizliyindən istifadə edib, onları aldadaraq pul qazanan bu cür işbazlar barədə bir neçə geniş reportajlar təqdim etmişik, hətta onlardan bəziləri hüquq mühafizə orqanları tərəfindən həbs olunub.
Telegramda Marja.az səhifəsinə abunə olun
© Report
Müştərilərin xəbərləri
İrihəcmli sığorta ödənişi - "PAŞA Həyat" əmək qabiliyyətini itirmiş şəxsə 83 min manatdan çox sığorta ödənişi etdi
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
1 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 gün sonra
-
-
4 d. əvvəl
Qarabağ Universitetinin tələbələri RIGHTWELLTON premium hüquq şirkətində təcrübə qazandılar
-
28 d. əvvəl
“SOCAR CAPE” dövlət ixracatçılarının ilk onluğuna daxil olub
- 36 d. əvvəl
- 45 d. əvvəl
-
1 saat əvvəl
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
İyulun 3-də gözlənilən hava şəraiti
Ukraynanın Rusiyanın "LUKOYL" neft emalı zavoduna zərbələri nəticəsində güclü yanğın başlayıb
“Azərenerji” ixracını təxminən 2 dəfə artırıb
Ən çox oxunanlar
ARDNŞ-in idarəsi dövlət ixracatçılarının ilk onluğundakı ümumi geriləmənin əsas səbəblərindən biridir
"Sea Breeze"də "Caspian Motor Show 2026"keçirilib - FOTOLAR
Unicapital “SİMA İmza”nın biometrik imzalama həllindən istifadə edən ilk investisiya şirkəti oldu
AZAL-ın ixrac göstəricisi 7,6% azalıb
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı kəskin azalıb
"Rabalon" şirkəti "AgroDairy" şirkətində "ServiceDesk Plus"ın bulud inteqrasiyasını uğurla həyata keçirib

























