"İnvest-Az”ın təsisçisi: “Türkdilli dövlətlərin ortaq sərmayə bazarının yaradılması vaxtı çatıb”

“Türkdilli dövlətlərin ortaq sərmayə bazarının yaradılması vaxtı çatmışdır. Bu məsələdə “Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan öndər olmalı, bazarın yaradılmasında liderlik etməlidir”.
Marja xəbər verir ki, bunu Türkiyənin “Habertürk” televiziya kanalının “Yatırımcı Rehberi” proqramına müsahibəsində “InvestAZ Yatırım” şirkətinin İdarə Heyətinin sədri Elşən Quliyev bildirib. Qeyd edək ki, Elşən Quliyev Azərbaycanda fəaliyyət göstərən "İnvest-Az İnvestisiya Şirkəti" QSC-nin Təsisçisi və Müşahidə Şurasının Sədridir.
Elşən Quliyev söyləyib ki, Azərbaycanın Vətən müharibəsindəki qələbəsi ortaq sərmayə bazarının yaradılmasını tezləşdirə bilər:
“44 günlük İkinci Qarabağ müharibəsində Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı çox böyük zəfər qazandı. Bu zəfər digər Türkdilli dövlətlərə ilham oldu. Azərbaycanın şanlı qələbəsinin nəticəsi olaraq Zəngəzur dəhlizi açılacaqdır və Azərbaycanla Türkiyə arasında arasında birbaşa quru əlaqəsi yaranacaqdır, eyni zamanda digər Türkdilli ölkələr ilə də nəqliyyat əlaqəsi asanlaşacaqdır. Bunun ardınca maliyyə sərhədləri ortadan qalxmalıdır. Onsuz da, mənəvi və genetik olaraq birik. Zəngəzur dəhlizinin açılması ilə birbaşa quru əlaqəsi bizi birləşdirəcək, sonra pullarımız birləşəcəkdir. Bu proses təbii olaraq baş verəcəkdir. Xəzər dənizinin şərqində yerləşən Türkdilli dövlətlər var, bu dövlətlər də böyük dəyişiklik içindədirlər”.
“AZƏRBAYCANLI SƏRMAYƏÇİLƏRİN ƏN ÇOX ETİBAR ETDİYİ ÖLKƏ TÜRKİYƏDİR”
Elşən Quliyev qeyd edib ki, sərmayə güvəndiyi yerə axır:
“Azərbaycanın iş adamlarının, Azərbaycanlı sərmayəçislərin ən çox etibar etdiyi ölkə Türkiyədir. Azərbaycandan Türkiyəyə çox böyük sərmayələr yatırılıb. İlk öncə dövlət başladı,sərmayələr dövlət səviyyəsində oldu. Türkiyəyə hazırda ən çox sərmayə yatıran xarici dövlət Azərbaycandır. Bunu kiçik sərmayəçilər də gördü, artıq onlar öz vəsaitlərini Türkiyədə dəyərləndirməyə çalışırlar. Məsələn, bir çox Azərbaycan vətəndaşı Tükiyədə mənzil alıblar və almaqda davam edirlər. İnanıram ki, gəlcəkdə Türkdilli dövlətlər arasında sərmayə bazarı da yaranacaqdır. Azərbaycanla Türkiyə arasında bu sahədə də yol xəritəsi var”.
“AZƏRBAYCANLILAR DAHA SƏBRLİ VƏ EHTİYATLI İNVESTORLARDIR”
Tanınmış iş adamı qeyd edib ki, Azərbaycan xalqı uzun illər Sovetlər Birliyinin tərkibində yaşadığından pula olan münasibəti daha fərqlidir: “Azərbaycan xalqının sərmayə bazarlarına, valyutalara münasibəti fəqrlidir. Türkiyədə başqa bir münasibət var, Azərbaycanda başqa münasibət var. Türkiyədə sərmayə bazarlarına, valyutalara olan münasibətin öz xüsusiyyətləri var. Azərbaycan bu məsələdə Türkiyəyə oxşasa geri gedər. Azərbaycanlılar daha çox səbrli və ehtiyatlı investorlardır. Hazırda Türkiyədə də səbrli investorlar artmaqdadır. Məncə Türkiyə və Azərbaycan sərmayə bazarlarına dair bir-birlərinə çox şey öyrədə bilər”.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
1 gün sonra
Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —
-
41 d. əvvəl
Dərnəgül tikinti materialları bazarının köçürüləcəyi yer bəlli oldu - FOTOLAR
-
- 44 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq
- 11 saat əvvəl
-
12 saat əvvəl
18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
- 13 saat əvvəl
Son Xəbərlər

Epoint və DataPay-dən yenilik - Tam rəqəmsal kassa sifarişi —

Azərbaycan neftinin son qiyməti

Rəsmi məzənnələr açıqlandı

Səudiyyə Ərəbistanı şirkəti Azərbaycanda layihələrinə 1,2 milyard dollar sərmayə yatıracaq

18 marşrut üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib
Ən çox oxunanlar

Ələtdə hava limanının açılış tarixi açıqlanıb

Azərbaycan Çin şirkətilə Abşeronda Yaşıl Enerji Sənaye Parkı yaradacaq - ANLAŞMALAR
