Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə 1000 dolları keçdi
Avropada qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları keçdiSentyabrın 28 -də ticarətin açılışında Avropada təbii qazın qiyməti tarixdə ilk dəfə olaraq 1000 kubmetr üçün 1000 dolları keçib.
Marja xəbər verir ki, bu, ICE birjasının məlumatlarından məlum olur.
Oktyabr fyuçerslərinin qiyməti artımı 1000 kubmetr üçün 1031,3 dollara qədər sürətlənib.
Günün əvvəlindən etibarən qaz qiymətlərində ümumi artım 11%-i keçib.
Xatırladaq ki, Sentyabrın 15-də keçirilən hərracda qazın qiyməti 150 dollar artmış, bir neçə dəfə tarixi rekordu yeniləmiş və 1000 kubmetrə görə 970 dollara çatmışdı. Sonrakı günlərdə qiymət 800-900 dollar aralığında dəyişirdi.
Hava şəraiti ilə əlaqədar olaraq təbii qaza təlabatın artması, qaz anbarlarında ehtiyatların azalması, mayeləşdirilmiş təbii qazın (LNG) qiymətlərin daha yüksək olduğu Asiya bazarlarına daşınması Avropada təbii qazın bahalaşmasının əsas səbəbləridir. Avropada iddia olunur ki, təbii qazın bahalşaması Rusiya ilə bağlıdır. Guya Rusiya Avropaya qaz nəqlini azaldıb. Rusiya bu ittihamları qəbul etmir.
"Gazprom"un İxrac və qiymət şöbəsinin müdiri Sergey Komlev bildirib ki, 2021-ci ildə Rusiyadan Avropaya boru kəməri qazı tədarükü ən yüksək həddə çatıb və "Gazprom"un qaz hasilatı da 18,4%a artıb. Eyni zamanda, Avropa qaz bazarı 2021-ci ilin ilk yarısında mayeləşdirilmiş təbii qazın (LNG) Asiya-Sakit Okean və Cənubi Amerika bazarlarına axını ilə üzləşib, Avropanın qaz idxalındakı payı 41,5%-dən 31%-ə düşüb. Bu dövrdə Avropaya LNG tədarükü 10,74 milyard kubmetr və ya 15,9% azalıb.
Bir müddət əvvəl "Gazprom"un İdarə Heyətinin sədri Aleksey Miller, Avropanın yeraltı qaz anbarlara qaz vurması və artan tələbat ilə əlaqədar olaraq Avropada təbii qaz qiymətlərinin rekordlar qırdığını və yaxın gələcəkdə yeni rekordlar qıra biləcəyini söyləyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 3 gün sonra
- 3 saat sonra
-
-
10 d. əvvəl
"Bizim şirkət artıq həm də hibrid avtomobillərin satışı və servisi ilə məşğul olacaq"
-
27 d. əvvəl
Birbank-ın taksit kartını əldə edin, ilk taksit ödənişinizə 50 bonus qazanın
- 37 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Göygöl Şərab Zavodu” zərərdən mənfəətə keçib: aktivləri 77 milyon manatı aşıb
- 1 saat əvvəl
-
2 saat əvvəl
"FINCA Azerbaijan" təminatsız istiqrazlar ilə 1,5 milyon manat borc alır
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
AZAL Misirin Al-Alameyn kurort şəhərinə uçuşlara başlayıb
"Group Motors"dan 107 milyon manatlıq satış
Ən çox oxunanlar
“İsmayıloğlu” şirkətnin xalis mənfəəti 19% artıb
Rəsmi məzənnələr açıqlandı
Tikinti şirkətinin gəlirləri 62 milyon manatı, xalis mənfəəti 4 milyon manatı keçib
İlk “IM Motors LS9 Plug-in-Hybrid” “Sea Breeze”-də təqdim olundu
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır



























