Məşhur bank Çinin “sürətini azaltdı” - enerji problemi var
Sənayenin 44%-nə təsir edib...ABŞ-ın məşhur bankı, qlobal iqtisadiyyat və ayrı-ayrı ölkələrlə əlaqədar xüsusi hesabatları və proqnozları ilə daim seçilən Goldman Sachs bu dəfə Çinlə bağlı açıqlama verib.
Marja xəbər verir ki, bank dünyanın ikinci ən böyük iqtisadiyyatının artım tempini bu il 7,8% səviyyəsində qiymətləndirib. Bu isə əvvəlki proqnozdan (8,2%) azdır.
Goldman Sachs əsas səbəb kimi son dövrdə Çində elektrik enerjisinin təchizatındakı problemləri göstərib.Ekoloji nəzarət tədbirlərinin güclənməsi, təchizatda kəsilmələr və qiymət artımı bəzi zavodları və evləri işıqsız qoyub. Bank Çinin sənaye aktivliyinin ümumilikdə 44%-nin bu problemin təsirinə məruz qaldığını güman edir.
Evergrande böhranı hələ də səngiməyib...
“Əsas etibarilə hökumətin Evergrande-nin probleminin həll olunmasına yanaşması, ekoloji hədəf tələblərinə əməl olunması və stimullaşdırma siyasətinin yumşaldılma dərəcəsi ilə bağlı olaraq, dördüncü rübdə artım və tənəzzül risklərinə görə qeyri-müəyyənlik qalmaqdadır” - Goldman Sachs bildirib.
Daha öncə iri yapon bankı Nomura, ABŞ-ın digər investisiya bankı Morgan Stanley və Çin Beynəlxalq Kapital Korporasiyası Çin iqtisadiyatının artım tempi ilə bağlı proqnozlarını azaltmış və enerji probleminə görə artımın zəifləyəcəyini bildirmişdilər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 7 saat sonra
-
-
8 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 14 saat əvvəl
-
15 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 15 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























