Türkiyə qaz tələbatının üçdə birini Qara dənizdəki hasilat hesabına ödəyəcək
Bu yaxınlarda Qara dənizdə kəşf edilmiş yataqdan 2027-ci ilədək maksimum təbii qaz hasilatına nail olmaq Türkiyənin enerji ehtiyacının üçdə bir hissəsini ödəməsinə imkan verəcək.
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez "Bloomberg"ə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, 2023-cü ildə 3,5 mlrd. kubmetr qaz hasilatı ilə bu yatağın işlənməsinə başlanılacaq. Daha sonra, növbəti 4 ildə illik hasilatın 15 mlrd. kubmetrə qədər artırılması nəzərdə tutulub.
"Bloomberg" xəbər verir ki, "Türkiye Petrolleri" şirkəti araşdırılan ehtiyatlarının (yatağın) 540 mlrd. kubmetr olduğu təxmin edilən "Sakarya" sahəsində 40 quyu qazmağı planlaşdırır. Dönmez Türkiyənin yatağın işlənməsini xarici şirkətlərin iştirakı olmadan müstəqil şəkildə həyata keçirmək niyyətində olduğunu bildirib. Nazir Türkiyənin təbii qaza olan tələbatının bu il 25% artaraq 60 mlrd. kubmetrə çatacağını da xatırlayıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 6 gün sonra
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
-
10 saat əvvəl
"2026-nın sonuna qədər Azərbaycanda uçot dərəcəsinin 6 %-ə enəcəyini gözləyirik"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimələr müəyyənləşir - 5000 MANATADƏK CƏRİMƏ
Maşınqayırma zavoduna sədr təyin edildi























