ABŞ 2022-ci ilə kimi istədiyi qədər borc götürəcək - ilk sənəd qəbul olundu
Hökumətin fəaliyyətini dayandırması riski də azalır.ABŞ hökuməti 2022-ci ilə qədər borc limiti ilə bağlı problem yaşamayacaq.
Marja xəbər verir ki, dünən 2022-ci ilə qədər limitin ləğv olunmasına dair aralıq qanun layihəsi Nümayəndələr Palatasında təsdiqlənib.
Qanun layihəsi həmçinin dekabrın 3-nə qədər hökumətin xərclərinin maliyyələşdirilməsini nəzərdə tutur. Beləliklə də, maliyyə problemləri səbəbindən hökumətin fəaliyyətini dayandırması riski aradan qalxmış olur. Sənəddə bundan əlavə təbii fəlakət nəticələrinin aradan qaldırılması üçün 28,6 milyard dollar, əfqan qaçqınlarının yenidən yerləşdirilməsi üçün 6,3 milyard vəsait ayrılıb.
İndi gözlər Senatdadır...
Numayəndələr Palatasında 220-nin 211-ə səs çoxluğu ilə qəbul edilən layihə sentyabrın 30-na kimi ABŞ konqresinin digər palatasında - Senatda da təsdiqlənməlidir. Əks təqdirdə, oktyabrın 1-dən hökumət müvəqqəti fəaliyyətini dayandıra bilər. Respublikaçıların Senatdakı möveyinin daha güclü olmasını nəzərə alsaq, qanun layihəsinin vaxtında təsdiqlənməsində problem yarana bilər.
Xatırladaq ki, ABŞ maliyyə naziri Canet Yellen iri maliyyə böhranından qaçınmaq üçün sentyabrın əvvəlindən borc limitinin artırılması barədə Konqresə müraciət edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 10 saat sonra
-
-
5 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 11 saat əvvəl
-
12 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
























