Neft Fondunun 1 milyard dollar depoziti restrukturizasiya planında
Dövlət Neft Fondunun Azərbaycan Beynəlxalq Bankına yatırdığı 1 milyard dollar depozit də restrukturizasiya planına daxil edilib.
Bu barədə “Marja”ya Beynəlxlaq Bankdan bildirilib.
BEYNƏLXALQ BANK DÖVLƏTƏ 3,3 MİLYARD DOLLAR ÖTÜRÜLƏCƏYİNİ BİLDİRİR
Azərbaycan Beynəlxalq Bankı bildirir ki, Xarici öhdəliklərin restrukturizasiyası prosesi üç istiqamətə aid olacaq. 1. Ticarət yönümlü təminatsız borclar; 2. Üstün hüquqa malik təminatsız borclar; 3. Subordinasiya krediti.
Bu öhdəliklərin ümumi məbləği 3 milyard 343 milyon ABŞ dolları təşkil edir. Dövlət təminatı olmayan bu öhdəliklərin dövlətə ötürülməsi Azərbaycanın yüksək kredit reytinqini nəzərə alaraq xarici kreditorların imkanlarını genişləndirəcək.
Diqqəti cəlb edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun Beynəlxalq Banka yatırdığı 1 milyard Dollar depozitin də 3,3 milyard olduğu bildirilən xarici öhdəliklərə daxil edilməsidir. Neft Fondunun depoziti xaric öhdəliklər təxminən 2,3 milyard dollardır.
SAMİR ŞƏRİFOV: ABB-NİN 2,4 MİLYARD DOLLAR XARİCİ BORCU DÖVLƏTƏ ÖTÜRÜLƏCƏK
Maliyyə naziri Samir Şərifov da bildirib ki, təqdim edilən restrukturizasiya planı çərçivəsində ABB-nin 2,4 mlrd. ABŞ dolları həcmində xarici öhdəliklərinin dövlətə ötürülməsinə hökümət tərəfindən verimiş razılıq bu dəstəyin davam etməsinin bariz nümunəsi olmaqla bankın kreditorlarına daha yüksək kredit reytinqinə və etibarlılığa malik maliyyə alətlərinin verilməsini ehtiva edir.
NEFT FONDUNUN DEPOZİTİ SİLİNİR?
Beynəlxalq Bankın açıqladığı rəqəm ilə Samir Şərifovun açıqladığı rəqəm arasında təxminən 1 milyard dollar fərq var. Ehtimal ki, bu fərq Neft Fondunun ABB-yə yatırdığı depozitdir. Hələlik, Neft Fondunun vəsaitinin necə qaytarılacağı şərh edilmir.
Daha ətraflı: https://www.ibar.az/site/assets/files/3434/20170523_-_iba_investor_presentation_vf.pdf
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















