Rusiyadan Çinə neft idxalı 30,4% artaraq 25,1 milyard dollara çatıb
Yanvar-avqust aylarında Çinin Rusiyadan aldığı neftin dəyəri illik 30,4% artaraq 25,1 milyard dollara çatıb. Bu barədə bazar ertəsi Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.
Marja-nın məlumatına görə, Agentliyin saytında dərc edilmiş statistikadan belə çıxır ki, idxalın dəyər baxımından artmasına baxmayaraq, səkkiz ay ərzində Rusiyadan Çinə idxal olunan neftin fiziki həcmi 7,3% azalaraq 52,92 milyon tona düşüb.
Yayımlanan məlumatlara görə, Çinə neft tədarük edən aparıcı ölkələr arasında Rusiya ikinci yerdədir. Çinə yanvar-avqust aylarında ən çox neft satan ölkə 27,26 milyard dollarlıq olmaqla Səudiyyə Ərəbistanıdır. Səudiyyə Ərəbistanından neft idxalı fiziki baxımdan 4,8%, dəyər baxımdından 47% artıb.
Rusiyanın ardınca İraq (16,75 milyard dollarlıq 36,6 milyon ton), Oman (13,89 milyard dollarlıq 29,94 milyon ton) və Anqola (12,38 milyard dollarlıq 26,13 milyon ton) gəlir. ABŞ onuncu yeri tutmağa davam edir (4,73 milyard dollarlıq 9,94 milyon ton).
Rusiya 2020-ci ildə Çinə ən böyük neft tədarükçüləri siyahısında Səudiyyə Ərəbistanından sonra ikinci yeri tutub. 12 ay ərzində Pekin Moskvadan təxminən 27,6 milyard dollara 83,4 milyon tondan çox neft alıb. Bu dövrdə Çin Səudiyyədən 28 milyard dollarlıq 84,9 milyon ton neft alıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















