Evergrande narahatlığı Honq Konqa sıçradı - 20 FAİZƏ YAXIN UCUZLAŞMA
"Evergrande" borc riskinin yayılacağı narahatlığı bazarlarda hakimdir. "Evergrande" səhmləri Honq Konqda 19% ucuzlaşaraq bazar ertəsi gününü tarixi ən aşağı səviyyədən bağlayıb.
Marja xəbər verir ki, Çinin əmlak sektorunun sağlamlığına dair narahatlıqlar həftənin ilk əməliyyat günündə Honq Konq birjasına da sıçrayıb və əmlak şirkətlərinin səhmlərində bir ildən çox müddətin ən güclü satışı baş verib.
"Hang Seng" Əmlak İndeksi 5,9%-ə qədər geriləyərək 2020-ci ilin May ayından bu yana ən böyük geriləmə reallaşıb. Çinin bazar dəyəri baxımından ən böyük sığorta şirkəti "Ping An Insurance" Honq Konq birjasında 7,3% dəyər itirib. Honq Konqun əsas indeksi "Hang Seng"də 3,3% ilə son iki ayın ən böyük gündəlik itkisi qeydə alınıb.
Sərmayəçilərin həftələrdir davam edən "China Evergrande Group"dan qaynaqlanan narahatlıqları, Çin hökuməti rəsmilərinin dünyanın ən çox borca sahib inşaat və əmlak şirkətinə dair səssiz qalması ilə sürətlə yayılır.
Analitiklər qeyd edirlər ki, sərmayəçilər bu günlərdə yüksək borca malik şirkətlər mövzusunda narahat ola bilərlər. Əgər hökumət "Evergrande" mövzusunda açıq bir söz deməsə ya da əmlak sektoruna dair məhdudiyyətləri yumuşaltmasa birjalarda geriləmələr daha da davam edəcək.
Çinin iri inşaat və əmlak şirkəti "Evergrande"nin maliyyə sistemini təhdid edən borc böhranında bu həftə əhəmiyyətli bir gün mövcuddur. 300 milyard dollardan çox borcu olan "Evergrande"nin iki istiqraz üçün cümə axşamı günü faiz ödəməsi etməsi lazımdır.
Hal-hazırda bank krediti borclarını gecikdirən əmlak nəhənginin ticarət olunan istiqrazlarının da dəyəri gedərək düşür.
"Evergrande" bir istiqrazı, əməliyyatlarda buraxılış qiymətinin 30%-nə qədər geriləyərək güclü iflas riskinə işarə edib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
13 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 16 d. əvvəl
- 28 d. əvvəl
- 36 d. əvvəl
- 46 d. əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı























