Avropada təbii qazın qiyməti 800 dolların üzərində qalıb
Avropada təbii qazın qiyməti Sentyabrın 17-də ticarətin sonunda 1000 kubmetr üçün 800 dollardan bir qədər yüksək səviyyədə sabitlənib (Bir əvvəlki gün 730 dollaradək düşmüşdü).
Marja xəbər veir ki, bu, ICE birjasının məlumatlarından məlum olur.
Oktyabr fyuçerslərinin qiyməti 1000 kubmetr üçün 803 dollara çatıb və ticarət bağlanıb.
Sentyabrın 15-də keçirilən hərraclarda qazın qiyməti 150 dollar artmış, bir neçə dəfə tarixi rekord qırmış və 1000 kubmetrə 970 dollara çatmışdı. Lakin ticarətin bağlanması ilə qiymət 1000 kubmetr üçün təxminən 800 dollara düşmüşdü.
Rusiyanın "Qazprom" şirkətinin İdarə Heyətinin sədri Aleksey Miller bildirib ki, Avropanın yeraltı anbarlarına qaz vurulmasının artması, eyni zamanda təbii qaza tələbatın artması ilə Avropada təbii qaz qiymətləri yeni rekordlar qıra bilər.
Mütəxəssislər, Avropada qazın qiymətinin 1000 kubmetr üçün 1000 dollara çata biləcəyini etiraf etdilər.
"Qazprom" şirkətinin Ukrayna uzərindən qaz nəqlini azaltması, "Şimal axını 2" qaz kəmərinin işə düşməsinin gecikməsi, mayeləşdirilmiş təbii qazın qiymətlərin daha yüksək olduğu Asiya bazarlarına göndərilməsi də Avropada qaz qiymətlərini yüksəldir.
Avropada yanacağın qiyməti Asiyadakı qaz bazarındakı vəziyyətdən, Avropadakı havadan və "Şimal axını 2" qaz kəmərinin işə salınma vaxtından asılı olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
4 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 10 saat əvvəl
-
11 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























