Azərbaycanda startapların dəstəklənməsinə dair yeni razılaşma
Startaplar innovativ layihələrini “Azərbaycan Sənaye Korporasiyası”nın istehsalat sahələrində təcrübə edərək sınaqdan keçirə biləcəklər.Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiyalar Agentliyi və “Azərbaycan Sənaye Korporasiyası” ASC ölkədə startap layihələrinə birbaşa dəstək göstərmək sahəsində razılıq əldə ediblər.
İnnovasiyalar Agentliyindən verilən məlumata görə, tərəflərin birgə əməkdaşlığına dair sənədi Agentliyin startaplara dəstək və akselerasiya şöbəsinin müdiri Murad Rəhimov və ASC-nin korporativ xidmətlər departamentinin direktoru Azad Aslanov imzalayıb.
Belə ki, təsnifatlaşdırma prosesindən keçən və sənaye, kənd təsərrüfatı, xidmət sahələri üzrə ixtisaslaşan startaplar innovativ layihələrini “Azərbaycan Sənaye Korporasiyası”nın regionlardakı müvafiq istehsalat sahələrində təcrübə edərək sınaqdan keçirə biləcəklər.
Fəaliyyət planına əsasən birgə təlim və proqramların keçirilməsi, startap layihələrinin kommersiyalaşma səviyyəsinə çatdırılması, faydalı və texnoloji məlumatların açıq mübadiləsinin həyata keçirilməsi üçün məlumat bazasının yaradılması da əməkdaşlığın prioritet məqsədlərindəndir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
4 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti





















