Google iri məbləğdə cərimələndi - İNHİSARÇILIQ
Səbəb yenə də inhisarçı mövqedən sui-istifadədir...Cənubi Koreyanın antiinhisar üzrə nəzarət orqanı (KFTC) Google-u iri məbləğdə cərimələyib.
Marja xəbər verir ki, qurum mobil əməliyyat sistemləri və tətbiqi proqramlar bazarındakı mövqeyindən sui-istifadə etdiyinə görə Google-a 207,4 milyard von (176,8 milyon dollar) cərimə kəsib.
Əsas səbəb Google-un onunla işləyən mobil cihaz istehsalçılarına Android əməliyyat sisteminin modifikasiya olunmuş versiyasını və ya bənzər sistem yaratmağa imkan verməməsidir. Google istehsalçılarla bağladığı müqavilələrdə onlara öz əməliyyat sistemini qurmağa və ya başqa əməliyyat sistemlərindən istifadə etməyə də qadağa qoyur. Bu isə, KFTC-nin mövqeyinə görə “innovasiyalara zərər vurur və Google-un inhisarçı mövqeyini möhkəmləndirir”.
Android əməliyyat sisteminin əsas modifikasiyalarından biri - HarmonyOS hazırda ABŞ-ın sanksiyalar siyahısında olan Çin şirkəti Huawei tərəfindən hazırlanıb. Android sistemi əsasında mobil cihazların ən böyük istehsalçısı - Samsung isə Cənubi Koreyada yerləşir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 17 saat sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 3 saat əvvəl
-
4 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
“BQ” ASC-nin xalis mənfəəti 52% artıb
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

























