Biznes proseslərini tam şəkildə rəqəmsallaşdır!
(®) Yeni iş ilinin başlamasını hamı gözləyir. Pandemiya səbəbindən keçən il heç istirahət edə bilməyən şirkət sahibləri bu il az da olsa yayın kefini çıxara biliblər. İndi də enerji dolu öz bizneslərinin idarəsinə geri dönüblər.
Bəs şirkət sahibi yeni iş ilinə necə başlamalıdır?

Şirkətin fəaliyyət növləri fərqli olsa da, pandemiya onu göstərdi ki, bütün bizneslər fövqaladə vəziyyətə tam hazır olmalıdır. Belə ki, işlərini rahat şəkildə rəqəmsallaşdıra bilən şirkətlər pandemiya dövründən müsbət nəticələrlə çıxa bildilər.
Demək ki, bu ildən bütün şirkətlərin bir nömrəli prioriteti biznes proseslərini tam şəkildə rəqəmsallaşdırmağa çalışmaqdır.
Biznesin rəqəmsallaşdırılması nədir?

Bu proses bütün aparılan və görülən şirkətdaxili işlərin rəqəmsal sistemdə əks olunmasıdır.
Tutaq ki, şirkət rəhbəri işçilərlə görüş keçirir və hər bir işçiyə ayrı-ayrı tapşırıqlar verir. Və ya şirkətə təchizatçılardan yeni mal/material/məhsul daxil olur. Bütün bunlar, cavabdeh şəxslər və işin görülməsi üçün nəzərdə tutulan son tarixlər (deadline-lar) sistemdə əks etdirilməlidir. Bu şirkət sahibinə ümumi vəziyyət, habelə işlərin statusu barədə məlumatı tam şəkildə göstərə biləcək, işləri daha effektiv idarə etmək üçün imkan yaradacaqdır.
İşçiləri bu prosesə necə hazırlamaq olar?

İstənilən yenidənqurma işləri adətən işçilər tərəfindən çətinliklə qarşılanır. Bu da öz növbəsində yeni sistemin komandada çətin adaptasiyasına gətirir. Bu halın baş verməməsi üçün tətbiq edilən sistem maksimal dərəcədə rahat və sadə interfeysli olmalıdır. Bundan əlavə, kadrların ümumi effektivliyi sistemdə aydın şəkildə görüldüyü səbəbilə işçilər üçün bonus sistemini də tətbiq etmək mümkündür. Bu da hər bir kadrın iş effektivliyini və motivasiyasını artırmaq üçün vacib amillərdən biridir.
Bu sistemi necə qurmaq olar?

Biznesin rəqəmsallaşdırılması prosesi xüsusi ekspert şirkətləri tərəfindən reallaşdırılır. Burada texnoloji həlldən əlavə, biznes prosesini fərdi qaydada dərindən başa düşmək də çox vacibdir. Əslində dünya üzrə bu cür xidmət göstərən şirkətlərin sayı çoxdur, lakin yerli biznesin məlumatlarını xarici şirkətlərə etibar etmək riskli olduğu üçün əksər iş adamlarımız belə biznes üçün həlli Azərbaycan bazarında axtarır.
Yerli şirkətlərdən bütün qeyd edilənləri peşəkar reallaşdıra biləcək Cubics Technology şirkəti vardır. Bu şirkətin Cubics BMS həlli istənilən şirkətin fəaliyyətini rəqəmsallaşdırmaq üçün uyğun gəlir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
-
4 saat əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
-
7 saat əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 7 saat əvvəl
-
9 saat əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
1 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
1 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Ən çox oxunanlar
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir












.jpg)









