"Mərkəzi Bank "qara bazar"ı ləğv edib, manata təzyiqi azalda bilər" - MÜSAHİBƏ
!["Mərkəzi Bank "qara bazar"ı ləğv edib, manata təzyiqi azalda bilər" - MÜSAHİBƏ](/img/marja.jpeg)
İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramovun müsahibəsi
- Son günlər ən çox müzakirə olunan mövzulardan biri, bəlkə də birincisi "qara bazar"dır. Sualım konkretdir: kimdir bu bazarda "at oynadan"lar və onlara kimlər nəzarət edir?
- "Qara bazar"ın yaranması təbii ki, dollara olan tələbin ödənilməməsi ilə bağlıdır. Praktiki olaraq, kommersiya bankları aldıqları dolları satmırlarsa, bu halda "qara bazar" yaranır. Çünki vətəndaşın - istər sahibkar, istər adi vətəndaşın dollara ehtiyacı var. Amma vətəndaş və ya biznes kommersiya bankından dollar ala bilmirsə, bu vəsaiti başqa yerdə, başqa sözlə, "qara bazar"da axtarmağa məcburdur. "Qara bazar" kommersiya bankları tərəfindən dollara olan tələbin ödənilmədiyi halda yaranır. Kommersiya bankları dolları valyuta hərracında alır. Biz kommersiya banklarının xarici öhdəlikləri ilə bağlı rəqəmlərə baxsaq görərik ki, banklar aldıqları dolları borcun ödənilməsinə yönəltmir və ya cüzi hissəsini yönəldir. Nəticədə bu cür mənzərə yaranır: bank hərracda dollar alır, lakin satmır. Üstəlik, banklar vətəndaşlardan da dollar alırlar. Nəticədə həmin dollar kütləsi "qara bazar"a gedir. Aparılan monitorinqlərin nəticələri göstərir ki, bu gün "qara bazar"ın yaranma səbəblərindən biri məhz bankların "qara bazar"ın fəaliyyətində maraqlı olmasıdır. Çünki "qara bazar"da daha yüksək məbləğdə satışlar mövcuddur, daha yüksək məzənnə ilə dollar təklif etmək və ya almaq mümkündür. Nəticədə valyuta hərracında banklar tərəfindən alınan dolların bir qismi vətəndaş və biznesin yönəlmir, "qara bazar" vasitəsilə vətəndaşa çatdırılır. Bunun nəticəsində bir sıra banklar gəlir əldə edə bilirlər. Bilirsiniz ki, "qara bazar"ın pul emissiya etmək hüququ yoxdur, hərracda iştirak edə bilmir. Lakin "qara bazar" dolları haradansa almalıdır. Hərracda isə pulu kommersiya bankları alır, "qara bazar"da isə daimi olaraq dollar var. Deməli, "qara bazar"ı dollarla bəzi banklar təmin edir. Aparılan son araşdırmalar da göstərir ki, bəzi banklar "qara bazar"ın saxlanmasında, formalaşmasında maraqlıdır. "Qara bazar" olduqca manata təzyiq artır. Çünki vətəndaş bankdan dollar ala bilmirsə, bu, psixoloji təzyiq yaradır, vətəndaş manatın dəyər itirməsindən narahat olur. "Qara bazar" manata psixoloji təzyiq formalaşdırır və milli valyutamızın dəyərsizləşməsi prosesini sürətləndirir. Bu, onu göstərir ki, "qara bazar" yalnız qeyri-leqal olduğu üçün deyil, həm də manata təzyiqləri artırdığı üçün ləğv olunmalıdır.
XXXX XXXX
Qara bazar" yalnız qeyri-leqal olduğu üçün deyil, həm də manata təzyiqləri artırdığı üçün ləğv olunmalıdır"
Tamamilə doğrudur. Bunun başlıca səbəbi odur ki, bəzi kommersiya bankları dolların satışını tamamilə dayandırıblar. Ən yaxşı halda maksimum 200 dollar hansısa bankdan almaq mümkündür. Halbuki, hər ay hərraclarda Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən satılan dolların həcmi artır. Bu, "qara bazar"ı daha da aktivləşdirir. Söhbət ondan getmir ki, hərracda alınan pulun hamısı "qara bazar"a gedir, lakin söhbət əhəmiyyətli məbləğdən gedir. Beləliklə, "qara bazar"ın dövriyyəsi artıb. Dövriyyə artdığı üçün "qara bazar" daha rahat şəkildə valyuta bazarına və valyuta kurslarına təsir göstərir.
- Belə çıxır ki, tənzimləyicilərin atdığı addımlar yetərli deyil?
- "Qara bazar"ın iştirakçısı olan kimisə həbs etməklə məsələnin həllinə nail olmaq çətindir. Ən azından, heç bir ölkənin praktikasında belə bir şey yoxdur. Əgər "qara bazar"a tələb varsa, həbs olunanların yerinə başqaları gələcək və həmin işlə məşğul olacaqlar. Məsələyə daha kompleks yanaşmaq lazımdır. Hüquq-mühafizə orqanlarından daha çox Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası bu problemin həlli ilə məşğul olmalıdır. Adıçəkilən tənzimləyicilər hər gün kommersiya bankları tərəfindən valyuta satışı ilə bağlı məlumatlar alırlar. Bilirsiniz ki, həftədə iki dəfə valyuta hərracı keçirilir. Maliyyə Bazarlarına Nəzarət Palatası və ya Mərkəzi Bank həftəlik və ya gündəlik olaraq monitorinq aparaq dollar satmayan bankları müəyyən edə bilər. Məsələn, X bank həftə ərzində hərracda 50 milyon dollar aldı, lakin həftə ərzində cəmi 1 milyon dollar satıb, borcu öhdəliyini də yerinə yetirməyib. O zaman müəyyənləşməlidir ki, 49 milyon dollar haradadır. Əslində meyarların müəyyən olunmasına ehtiyac var. Məsələn, hərracda alınan valyutanın həcmi ilə satılanın arasında fərq varsa, bu vəsait "stock"da saxlanılaraq satılmırsa, həmin banklar hərraca buraxılmamalıdır və ya onlara satılan dolların həcmi minimuma endirilməlidir. Hərracın məqsədi bankların dollar aktivlərinin artırılması deyil. Hərracın məqsədi dollara olan tələbatın ödənilməsidir. Bir şeyə də fikir verilməlidir ki, Dövlət Neft Fondu hərracda satdığı dolların müqabilində aldığı manatın böyük bir qismini saxlayır. Buna baxmayaraq, ARDNF hərracda dollar satışını davam etdirir. Bunun isə səbəbi dollara olan tələbatın ödənilməsidir.
"Qara bazar"ın ləğvi heç də çətin deyil. "Qara bazar"da olan pul banklar vasitəsilə satılsa, vətəndaş onu qanuni, daha normal məzənnə ilə bankdan alar. Başqa sözlə, vətəndaşın "qara bazar"a getməməsi üçün şərait yaradılmalıdır.
- O zaman iddia etmək olar ki, "exchange"lərin bağlanması yanlış addım idi və "qara bazar"ın aktivləşməsinə səbəb olan amillərdən biri idi?
- Valyutadəyişmə məntəqələri ləğv olunan zaman da mən demişdim ki, bu addım "qara bazar"ın məhdudlaşdırılmasına deyil, genişlənməsinə səbəb olacaq. Bu qərarla 6 000 min vətəndaşımız işsiz qaldı ki, bu, məsələnin sosial tərəfidir. Bilirsiniz ki, valyutadəyişmə məntəqələrində 6 000 nəfər çalışırdı. Digər tərəfdən, banklar prosesi nəzarətə götürdü. Bu isə heç də şəffaflığa səbəb olmadı. Əksinə, "qara bazar" genişləndi. Ona görə, hesab edirəm ki, valyutadəyişmə məntəqələri bərpa olunmalıdır. Ən azından, Maliyyə Bazarlarına Nəzarət Palatası hər rayonda məhdud sayda valyutadəyişmə məntəqəsinin açılmasına icazə verə bilər. Nəticədə vətəndaş normal şəkildə valyutaya olan tələbatını ödəyə bilər. Biz turizmi inkişaf etdirmək istəyirik, lakin paradoksal vəziyyət yaranır - turist bankdan dollar ala bilmir, "qara bazar" barəsində isə məlumatlı deyil. Bəs bu insan haradan dollar alsın? Buna görə, valyutadəyişmə məntəqələrinin bərpası vacibdir. Ən azından, bu məntəqələrin açılması bizə manevr imkanı verir, "qara bazar"ın daralmasına səbəb olur. Heç kəsə sirr deyil ki, bu gün "qara bazar" iştirakçılarının böyük əksəriyyəti bağlanan valyutadəyişmə məntəqələrinin işçiləridir. Məntəqələri bərpa etməklə, biz bu insanları qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə qaytara bilərik.
- Təxmini hesablamalara görə, "qara bazar"ın dövriyyəsi nə qədərdir?
- Əslində, bunun hesablanması bir qədər mürəkkəb prosesdir. Lakin biz bunu hərraca çıxarılan vəsaitlə müqayisə edə bilərik. Bir daha təkrar edirəm ki, hərraca çıxarılan vəsaitin heç də hamısı "qara bazar"a getmir. Ən azından, bankların özlərinin öhdəlikləri var. Qiymətləndirmələr onu göstərir ki, söhbət 500 milyon dollardan artıq bir vəsaitdən gedir. Vətəndaşları bir kənara qoyaq, əgər sahibkar 100 dollardan artıq bankdan pul alırsa, o necə idxal həyata keçirsin? Bu, 100 dollarla mümkün deyil. Sahibkarlar ümumilikdə ixraca yüzlərlə milyon dollar xərcləyir. Bəs indiki şəraitdə sahibkar ehtiyacı olduğu pulu haradan almalıdır? Məcburən "qara bazar"a üz tutulur. Bu gün "qara bazar" sahibkarlara limitsiz şəkildə dollar təklif edir. Bu, onu göstərir ki, "qara bazar"ın dövriyyəsi olduqca böyükdür. Valyutadəyişmə məntəqələrini bərpa etməklə biz bu vəsaitləri leqallaşdıra, büdcəyə ödənilən vergilərin həcminin artırılmasına, eyni zamanda manata psixoloji təzyiqin azaldılmasına nail ola bilərik.
- Əhalinin bir gözü "qara bazar"da, bir gözü isə manatın məzənnəsindədir. "Qara bazar"ın aktivləşməsi manatı hansı səviyyəyədək ucuzlaşdıra bilər?
- Tədiyə balansındakı vəziyyəti nəzərə alaraq demək olar ki, əgər zəruri müdaxilə olmazsa, ilin sonunadək dolların bazar məzənnəsi 1,95 manatadək qalxacaq. Burada Mərkəzi Bankın müdaxiləsi zəruridir. Bazar məzənnəsi dedikdə, mən "qara bazar"dakı məzənnəni nəzərdə tuturam. Çünki, dollar alan bank onu satmırsa, rəsmi məzənnənin heç bir əhəmiyyəti yoxdur. Lakin bir gün valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa etsə, onların elan etdiyi məzənnə bazar məzənnəsi olacaq.
- Siz "qara bazar"ın dövriyyəsini qeyd etdiniz. Heç şübhəsiz ki, "qara bazar"dan alınan pulların əhəmiyyətli hissəsi ölkədən çıxarılır.
- Mərkəzi Bankın əlində hər zaman alətlər var. Bu alətlər vasitəsilə məzənnəni stabilləşdirmək olar. Mərkəzi Bank "qara bazar"ı ləğv edib, psixoloji təzyiqi azalda bilər. Mərkəzi Bank intervensiyaları artırsa və pulların hərəkətini şəffaf şəkildə monitorinq etsə, ölkədən dollar axınının qarşısını almaq olar. Təbii ki, dollar kütləsinin bir qismi ölkədən çıxır. Bunun qarşısını almaq lazımdır. Təbii ki, dollar yalnız "qara bazar" vasitəsilə ölkədən çıxmır. Əgər Mərkəzi Bank dollara olan təklifi artırmaqla tələbatı optimallaşdırarsa, ən azından cari tələb ödənilərsə, sərbəst, liberal valyuta rejiminə keçmək mümkündür. Təbii ki, Mərkəzi Bank bazarda qalmalıdır. Burada Rusiya və Qazaxıstan təcrübələrini misal gətirmək olar.
Mənbə:APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
6 saat əvvəl
Bakıda 1 nəfərə görə aylıq 1 manat, regionlarda 0,70 manat oldu
-
6 saat əvvəl
Hava nəqliyyatı ilə ölkədaxili yük və sərnişindaşıma xidmətlərinin tarifləri tənzimlənib
-
6 saat əvvəl
Naxçıvana biletlərin qiyməti dəyişməyib, Füzuliyə müntəzəm reyslər açılır
-
-
8 saat əvvəl
Şəhərdaxili avtobus marşrutları və metroda gedişhaqqı 50 qəpik olub
- 9 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Sabah Bakıya yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda leysan olacaq
-
1 gün əvvəl
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
-
1 gün əvvəl
Azercell-in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
![Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/1561b7d8-08ad-475a-9e73-c47aca34a829.jpeg)
Cubics Rəqəmsal Həlləri ilə səmərəli yay tətili
![AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur](/storage/thumbnail/thumbnail/cdn/2024/may/03/Azerbaycanda_vakansiyalar.png)
AzVak-da paylaşılan iş elanlarına 10 minlərlə baxış olur
![Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/milli-marketinq-forumu.jpg)
Milli Marketinq Forumunun ikinci günü uğurla yekunlaşdı!
Ən çox oxunanlar
![“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb](/storage/thumbnail/thumbnail/cdn/2022/Yanvar/22/hovsan-liman.jpg)
“Bakı Hövsan Beynəlxalq Dəniz Limanı”nın səhmdarlarının sayı azalıb
![Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/photo-output.jpeg)
Avrora Qrup 02 iyul 2024 tarixində "Açıq qapı" günü elan edir!
![Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/sigortaci.jpg)
Azərbaycan 16 sığortaçısının məcmu xalis mənfəəti 40 % artıb
![Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/exol.jpg)
Sürtgü yağları biznesilə məşğul olan Azərbaycan şirkətinin gəliri və xalis mənfəəti azalıb
!["Səba" "Chicken Pro" şirkətini satır](/storage/thumbnail/thumbnail/cdn/2021/İyun/30/seba-loqo.jpg)
"Səba" "Chicken Pro" şirkətini satır
![İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/29/3fe98c3b-aaf1-43f7-8f1f-f1ca45744020.jpeg)
İranda prezident seçkilərinə yenidən Məsud Pezeşkian liderlik edir
![Bakcell Şuşada yeni mağazasını təqdim etdi!](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/28/Bakcel-susa.jpg)
Bakcell Şuşada yeni mağazasını təqdim etdi!
![Tanınmış marketlər şəbəkəsi işçilər yığır - TƏCRÜBƏ VACİB DEYİL](/storage/thumbnail/thumbnail/cdn/2024/iyun/26/kassir-satici/kassir-0.jpg)