İslam Palatası Azərbaycanı regionda halal və təbii məhsulların mərkəzi kimi görür
Sentyabrın 7-də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Baş katibi Yusif Həsən Xələvi ilə görüşüb.
AQTA-dan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Qoşqar Təhməzli Baş katib Yusif Həsən Xələvini səmimi salamlayaraq, son dövrlərdə ölkəmizdə qida təhlükəsizliyinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, həmçinin bitki sağlamlığının təmin olunması ilə bağlı görülən işlər haqqında qonaqları məlumatlandırıb. Agentlik sədri qida təhlükəsizliyi sahəsində beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələrin daim genişləndiyini bildirib.
Baş katib Yusif Həsən Xələvi səmimi görüşə görə təşəkkürünü bildirərək, təchizat zənciri üzrə halal standartların tətbiqi və İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası tərəfindən bu sahənin rəqəmsallaşdırılması üzrə həyata keçirilən işlər barədə məlumat verib.
Yusif Həsən Xələvi İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Azərbaycanı regionda halal və təbii məhsulların mərkəzi kimi gördüyünü və Azərbaycanda cari ilin sonu bu istiqamətdə beynəlxalq forumun təşkil olunacağını diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 14 saat sonra
-
-
1 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 7 saat əvvəl
-
8 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























