Türkiyəli mütəxəssislər AQTİ laboratoriyaları ilə əməkdaşlığa cəlb olunub
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyalarda işçilərin peşəkarlığının yüksəldilməsi, səriştəliliyinin artırılması məqsədilə xarici ölkə laboratoriyaları, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri daima inkişaf etdirilir. Laboratoriya mütəxəssisləri mütəmadi olaraq xarici ölkələrdə təlimlərdə iştirak edir, təcrübə mübadiləsi aparırlar.
Azərbaycan Qida Təhlükəsizliyinin yaydığı məlumata görə, qarşılıqlı təcrübə mübadiləsində bitki sağlamlığı sahəsində Türkiyə laboratoriyaları ilə əlaqələrin qurulmasına və əməkdaşlığa böyük əhəmiyyət verilir. Hazırda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökümətlərarası Komissiyanın iclaslarının Protokolunda nəzərdə tutulan tədbirlərin icrasını təmin etmək məqsədilə 6 nəfər türkiyəli mütəxəssis AQTİ nəzdində fəaliyyət göstərən Mərkəzi Fitosanitar Laboratoriyasında çalışır. Mütəxəssislər entomoloji, herboloji, bakterioloji, mikoloji, virusoloji və digər ekspertizaları birlikdə yerinə yetirib, bitkiçilik və bitki mühafizəsi üzrə bilik və təcrübəsini Mərkəzi Fitosanitar Laboratoriyasının əməkdaşları ilə bölüşürlər. Bundan başqa, AQTİ mütəxəssislərinin iştirakı ilə fitosanitar risk daşıyan fitopatogen virusların müayinəsi həyata keçirilir.
Qeyd edək ki, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!

























