Hindistan xaricdəki aktivlərinin həbs təhlükəsindən qaça biləcək
Bunun üçün il sonuna kimi ən azı 1 milyard dollar ödəməlidir...Avropanın aparıcı neft-qaz şirkətlərindən olan Cairn Energy-nin Hindistan hökuməti ilə 5 ildən çox davam edən çəkişməsi xoşluqla həll olunmağa yaxındır.
Marja xəbər verir ki, şirkət son açıqlamasında “konfliktin həll olunmasına az qaldığını və öz investorlarına 700 milyon dollar dividend ödəyə biləcəyini” bildirib.
Xatırladaq ki, Hindistan hökuməti 2012-ci ildə qanunvericiliyə 1962-ci ildən bəri ölkədə baş vermiş alqı-satqı və pay ötürülməsi proseslərində vergi öhdəliklərini yenidən hesablamağa imkan verən düzəliş etmişdi. Nəticədə hökumət Cain Energy-nin 2007-ci ildən etibarən 1,4 milyard dollarlıq vergi borcunun yığıldığını əsas gətirərək, şirkətin ölkədəki aktivlərini müsadirə etmişdi.
Uzun müddət davam edən çəkişmədə ötən il Haaqa Beynəlxalq Arbitraj Məhkəməsi Cairn Energy-nin xeyrinə qərar çıxarıb. Hindistan hökuməti bu qərarla şirkətə 1,5 milyard dollara qədər təzminat ödəmədiyi təqdirdə xaricdəki əmlaklarının müsadirə olunması təhlükəsi ilə üzləşib.
Nəhayət, Narendra Modi hökuməti ölkənin işgüzar nüfuzunu bərpa etmək və yenidən xarici investorları cəlb etmək üçün güzəştə getməyə məcbur olub. Hindistan parlamenti ötən ay 2012-ci ilin düzəlişini ləğv edən yeni qanun layihəsi qəbul edib.
Detalları tam açıqlanmayan hazırkı danışıqlara görə, Hindistan hökuməti il sonuna kimi şirkətə 79 milyard rupi (1,07 milyard dollar) ödəyəcək. Əvəzində Cairn Energy digər bütün iddialarından imtina etməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 20 saat sonra
-
- 38 d. əvvəl
- 50 d. əvvəl
-
1 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
"Nərimanov"da obyektlər sökülür?
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
Ən çox oxunanlar
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"























